Loading...
Loading...
Dünya

Şimali Koreya müharibənin sona çatdırılması ilə bağlı çağırışa ziddiyyətli cavablar verir

Şimali Koreya rəsmiləri bu həftə Cənubi Koreyanın Koreya Müharibəsinə son qoymaqla bağlı çağırışını bir daha təkrarlanmasına reaksiya verərək, ziddiyyətli bəyanatlarla çıxış edib.

Cənubi Koreya Prezidenti Mun Cae-in bu həftə Şimali Koreya ilə dayandırılmış danışıqlarda təkan vermək məqsədilə uzun zamandır müharibəyə son qoymaqla bağlı etdiyi çağırışını yeniləyib.

Cümə axşamı dövlət mediasının baş məqaləsində Şimali Koreyanın xarici işlər nazirinin müavini Li Ti Son ABŞ-ın Pxenyana qarşı “düşmənçilik siyasəti”ni davam etdirdiyi bir vaxt müharibəyə son qoyulması barədə danışmağın “tez” olduğunu deyib xüsusi olaraq ABŞ qoşunları hərbi avadanlıqlarının təkcə Cənubi Koreyada deyil, regionda mövcudluğuna istinad edib.

Şimali Koreya bir neçə saat sonra ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conqun açıqlaması ilə birlikdə tonunu dəyişib. Son illər koreyalararası əlaqələrdə böyük rol oynayan liderin bacısı Kim Yo Conq müharibəyə son qoyulması təklifini “maraqlı təqdirəlayiq bir fikir” adlandırıb hətta bu mövzuda Cənubi Koreya ilə danışıqlar aparmağı təklif edib.

Şimali Koreya bundan əvvəlki bəyanatlarında ABŞ qoşunlarının Şərqi Asiyadan çıxarılmasını tələb etsə də, Kim Yo Conun sonrakı şərhləri daha mülayım olub Seuldan yalnız Şimala dair ritorikasını dəyişməsini istəyib.

Müharibəyə son qoyulduğuna dair bəyanatın olma ehtimalı uzun zamandır Birləşmiş Ştatlarla Cənubi Koreya arasında fikir ayrılığı mənbəyidir.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bu həftə ABŞ-ın müharibənin sona çatması ilə bağlı bəyanatı müzakirə etməyə açıq olduğunu deyib.

Lakin cümə axşamı ABŞ Dövlət katibinin Yaponiya Koreya üzrə yardımçısının müavini Mark Lambert ABŞ-ın belə bir bəyanatla çıxış etməyə istəksiz olduğunu bildirib.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Ölən Kadırovçular Belarus morqlarına aparılır - SƏS YAZISI

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun