2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şimali Koreya raket sınağı keçirdi

simali-koreya-raketiŞimali Koreya şənbə günü ballistik raketi sınaqdan keçirib. Raket yer üzərində partlayıb, deyə ABŞ Sakit Okean Komandanlığı xəbər verir.

Donanma komandiri Deyv Benhamın dediyinə görə mərmi Şimali Koreya hüdudlarını tərk etməyib.

Saytların yığılması Saytlarin yigilmasi
ABŞ hərbi təhlili göstərir ki, mərminin əsas hissəsi Pukçanq aerodromundan 35 kilometr aralıda yerə düşüb.

“Şimali Koreya, uğursuz da olsa, raket atmaqla Çinin arzularına və onun möhtərəm prezidentinə hörmətsizlik edib. Pis!” deyə Prezident Donald Tramp Twitter-də yazıb.

Cənubi Koreya rəsmiləri sınağın güman ki, uğursuz olduğunu deyirlər.

“Biz əlavə məlumatları analiz edirik,” həmin ölkənin Baş Qərargahlar İdarəsi bildirib. “Bizim hərbi qüvvələrimiz Şimali Koreyanın mümkün təxribatlarına sayıq vəziyyətdədir.”

Sınaqdan keçirilən raketin KN-17 olduğu güman edilir. KN-17 yerdə qərargahlanan bərk mayeli raketdir ki, mobil qurğudan atılır.

ABŞ Dövlət Katibi BMT Təhlükəsizlik Şurasında çıxış edir. 27 aprel, 2017.

ABŞ Dövlət Katibi BMT Təhlükəsizlik Şurasında çıxış edir. 27 aprel, 2017.

Cümə günü ABŞ Dövlət Katibi Reks Tillerson Şimali Koreyanın mümkün təcavüzünə qarşı hərbi cavabı istisna etmədiyini bəyan edib. O, əlavə edib ki, Vaşinqton totalitar dövlətin maliyyə və beynəlxalq təcridini gücləndirməkdə davam edəcək.

“Bizim əvvəl dediyimiz kimi, provokasiyalara cavab olaraq bütün seçimlər masa üzərindədir,” Tillerson BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın nüvə məsəsləsi ilə bağlı müzakirələrdə bildirib.

Şimali Koreyanın təcavüzünə qarşı diplomatik və maliyyə rıçaqları lazım gələrsə hərbi ölçüyə söykənəcək, deyə o xəbərdarlıq edib. “Biz problemin danışıqlar yolu ilə həllinə üstünlük veririk, ancaq Şimali Koreyanın aqressiyasına qarşı özümüzü və müttəfiqlərimizi müdafiə etməkdə qətiyik.”

Tillerson sürətlə həyata keçirilcək intensivləşidirlmiş kampaniyanın Şimali Koreyanın maraqları üçün ağrılı olacağını bildirib, O, əlavə edib ki, rejim dəyişikliyi bu plana daxil deyil.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button