2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şimali Koreyadan ABŞ-a təhdid

Şimali Koreya ABŞ prezidenti Donald Trampın təlimatıyla ABŞ-ın Bəşər Əsəd rejiminə aid bir hava bazasını hədəf alan raket hücumlarını səbəb göstərərək, öz nüvə silahlarının lazımlı bir önləyici ünsür olduğunu və özünü qorumaq üçün müdafiə gücünü artıracağını açıqlayıb.

Şimali Koreyanın rəsmi agentliyi olan KCNA adı göstərilməyən bir Xarici İşlər Nazirliyi səlahiyyətlisinin sözlərinə əsaslanaraq yazır ki,  ABŞ-ın Suriyaya təşkil etdiyi hücumlarının “qəti şəkildə bağışlanmaz” olduğu bildirilib. Bununla yanaşı, Vaşinqtonun “döyüş üçün davamlı olaraq tələsik hərəkət etməsinə” qarşı ölkəni qorumaq məqsədilə nüvə silahlarının qanuniləşdirildiyi açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın Suriyaya təşkil etdiyi son hərbi hücumu özlərinə istiqamətli bir xəbərdarlıq sayan və buna diqqət çəkən açıqlamada “bundan qorxmuruq” mesajı verilib.

ABŞ-ın onlara qarşı çoxdan hücum hazırlığında olduğunu iddia edən Şimali Koreya rəsmiləri nüvə silahlarının ABŞ-ın hərbi təhdidinə qarşı lazımlı bir önləyici ünsür olduğunu bildirib. Vaşinqton isə Şimali Koreyanı işğal etmək kimi bir niyyəti olduğu istiqamətindəki iddiaları rədd edir.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button