Bizim tərcüməDünya

Şimali Koreyanın pilotsuz təyyarəsi Seul üzərində uçdu! Döyüş təyyarələri və helikopterlər bir-birinin ardınca havaya qalxdı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Cənubi Koreya Şimali Koreyaya məxsus 5 pilotsuz uçuş aparatının (PUA) onun hava məkanını pozduğunu və onlardan birinin paytaxt Seula uçduğunu açıqlayıb.

Yonhap-ın xəbərinə görə, Baş Qərargah rəisindən verilən yazılı açıqlamada Şimali Koreyaya məxsus PUA-ların Gyeonggi şəhəri yaxınlığından ölkəyə daxil olduğu açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada 5 PUA-dan birinin Seulun şimalına uçduqdan sonra ölkənin hava məkanını tərk etdiyi qeyd edilib.

İHA-ların silahlı olub-olmaması ilə bağlı məlumatların yer almadığı açıqlamada mülki şəxslərin zərər görməməsi üçün məhdud səviyyədə əməliyyat aparıldığı bildirilib.

Bəyanatda Şimal tərəfinin təxribatlarına “sərt və layiqincə” cavab veriləcəyi vurğulanıb.

Bildirilir ki, Cənubi Koreya ordusu döyüş təyyarələrini havaya qaldırsa da, helikopterlərdən 100-ə yaxın atəş açılsa da, PUA-ları vurmaq mümkün olmayıb.

Əməliyyata qatılan “KA-1” tipli döyüş təyyarəsinin qəzaya uğradığı, lakin 2 pilotun xəsarət almadan xilas olduğu paylaşılıb.

Cənubi Koreyalı hərbi ekspertlər son vaxtlar raket sınaqlarını artıran Şimali Koreyanın bu təşəbbüsünü aşkar təxribat kimi qiymətləndirirlər.

Yaponiya hökuməti və Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri dekabrın 23-də Şimali Koreyanın ballistik raket sınaqları keçirdiyini açıqlayıb. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button