Now Reading:
Şimali Koreyanın sərt bəyanatı — “Müharibə elanı kimi qəbul edərik”

Şimali Koreyanın rəsmi mətbuat orqanı “Rodong Sinmun” qəzeti yeni hökumətin yeni bəyanatını səsləndirib.

“Ölkə.Az” xəbər verir ki, Şimali Koreya ABŞ tərəfindən tətbiq edilə biləcək dəniz mühasirəsini müharibə elanı kimi qəbul edəcəyini bəyan edib.

Qəzetin yazdığı məqalədə deyilir: “ABŞ xarici işlər naziri Reks Tillerson, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert MakMaster, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley və digər diplomatlar daxil olmaqla ABŞ rəsmiləri dəniz mühasirəsindən bəhs edirlər. ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilə biləcək belə bir həmlə Şimali Koreyanın müqəddəs suverenliyi və şərəfinə bir hücum kimi dəyərləndiriləcək”.

Rəsmi yazıda bildirilir ki, ABŞ və müttəfiqlərinin dəniz mühasirəsi böyük bir fəlakətə səbəb olacaq. Atılan istənilən addıma sərt cavab veriləcəyi də bəyanatda səsləndirilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.