Now Reading:
Şimali Koreyayla daha geniş danışıqlara ümid yaranıb

ABŞ prezidenti Donald Trump yanvarın 10-da Şimali Koreyayla diplomatik açılımla bağlı nikbinliyini bildirib. Bu həftə Pxenyanla Cənub Koreyanın danışıqlarının regionda gərginliyi azaltmaqdan ötrü daha geniş dialoqa aparacağına ümid yaranıb.

BMT-nin Təhlükəsizlik Şurası da “Koreya yarımadasında inam yaratma imkanlarını” alqışlayıb.

“Şimali Koreyayla müəyyən problemlərimiz var, amma hazırda xeyli yaxşı danışıqlar gedir. Xeyli yaxşı enerji sərf olunur… Ümid edirik bu, təkcə ölkəmizə deyil, bütün dünyaya uğur gətirəcək. Bunun haraya aparacağını kim bilir?”, – Trump mətbuat konfransında deyib.

TRUMP DA DANIŞIQLARA “HƏ” DEYİR

Yanvarın 9-da Şimali və Cənubi Koreyalar danışıqları başlatmağa, Pxenyandan idmançıların Pxençandan Qış Olimpiya Oyunlarında iştirakına razılaşıblar.

Cənubi Koreya prezidenti Moon Jae-in-in idarəsi yanvarın 10-da bildirib ki, Trump telefon söhbətində bir məqamı vurğulayıb – iki Koreya danışıqlar apardıqca hər hansı hərbi addıma əl atılmayacaq.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.