2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Şimali Makedoniyanın COVID xəstəxanasında baş verən yanğın nəticəsində 14 nəfər ölüb

Çərşənbə axşamı axşam saatlarında Şimali Makedoniyanın COVID-19 üçün nəzərdə tutulan səyyar xəstəxanasında baş verən yanğın nəticəsində 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Səyyar xəstəxana ölkənin qərbindəki Tetovo şəhərində bölgədə COVID-19-a yoluxma halları artdığı üçün qurulub.

“Bu, izah edə bilmədiyim bir faciədir. Onlar çıxa bilməyən xəstələr idi. Bu, böyük fəlakətdir” – deyə, yerli sakin İdriz Brahimi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Tetovonu ziyarət edən Şimali Makedoniya Prezidenti Stevo Pendarovskinin sözlərinə görə, yerli vaxtla axşam saat 9 radələrində başlayan yanğının səbəbi məlum deyil. O, araşdırmaların nəticəsinin bir neçə gün ərzində başa çatacağını deyib və əlavə edib ki, belə görünür yanğın təsadüfən baş verib.

Yerli sakin Nəhməddin Haliti “Partlayışı gördük və buraya gələndə hər şey alov içində idi. Yanğınsöndürənlər gəlib yanğını söndürməyə başladılar. Yanğın 15-20 dəqiqə davam etdi. Hər şey yandı” deyib.

Son zamanlar Şimali Makedoniyada virusa yoluxma və ölüm halları artıb.

Ölkənin 2 milyon əhalisinin təxminən 30%-nə peyvəndin tam dozası vurulub.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button