Bizim tərcümə

Şimali və Cənubi Koreyadan qarşılıqlı xəbərdarlıq atəşi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-24 14:55:39

Cənubi Koreyanın Birgə Qərargah Rəisləri Komitəsinin bəyanatında deyilir ki, Cənubi Koreyanın dəniz sərhədini pozan Şimali Koreya ticarət gəmisini dəf etmək üçün xəbərdarlıq atəşi açılıb.

Şimali Koreya Ordusu isə sahil müdafiə birlikləri tərəfindən “düşmən hərəkəti”nin təsbit edilməsinə görə Cənubi Koreyaya 10 mərmi artilleriya xəbərdarlıq atəşi açaraq cavab verdiyini açıqlayıb. Şimali Koreya Cənubi Koreya donanmasının gəmisini də onun ərazi sularına girməkdə ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

BP DÜŞMÜR

Şimali Koreyanın ardıcıl silah sınaqları Koreya yarımadasındakı gərginliyi artırıb və ABŞ və Cənubi Koreya bölgədə təhlükəsizlik riskinin artması səbəbindən bir sıra hərbi təlimlər keçirəcəyini açıqlayıb. Pxenyan isə Seul-Vaşinqton ittifaqının bölgədəki fəaliyyətini “təxribat” kimi qiymətləndirib. Şimali Koreyanın yeni nüvə sınağı astanasında olması ilə bağlı iddialar da narahatlıq doğurub. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın oktyabrın 18-də 250 mərmi atdığını açıqlayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button