2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şimşək çaxacaq, yağış yağacaq

Nazirlik xəbərdarlıq edir ki, aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraiti küləkli olacaq

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Report Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən yazır ki, Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Nazirlik xəbərdarlıq edir ki, aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağllıq ərazilərdə qar yağacağı ehtimalı var.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button