2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Sındırılmış qürurun “qazancı”

Səadət Cahangir

Azərbaycanda məntiq məsələsi təxminən fransız iqtisadçı filosofu Frederik Bastiatın “sınmış pəncərə” hekayəsində olduğu kimi işlənir. Məşhur hekayədir. Kiçik şəhərdə bir yeniyetmə mağaza vitrinini sındırır. Hay-küy qopur, hamı pəncərənin önünə yığılıb onu “xuliqan” adlandırır. Sonda bu şəxslərdən biri deyir ki, şüşəni dəyişmək lazımdır. Bununla mağaza sahibinin verdiyi o pul şüşəsalana təzə kostyum almaq imkanı yaradacaq. Sonra kostyumu tikən dərzi də özünə yeni masa alacaq, pul dövr etdikcə şəhərdə hər kəs oğlanın xuliqanlığından fayda görəcək. Nəticədə məsələnin mahiyyətinə varmayan şəhər sakinləri yaradıcılıqdan deyil, dağıdıcılıqdan faydalanmaqla “xoşbəxt” olacaqlar…

Saytların yığılması Saytlarin yigilmasi

Bizim bu kimi “xoşbəxtliklərimiz” hüdud-sərhəd tanımır. Eyni məntiqlə baxsaq, ölkədə ölülərdən qazanc götürənlərin sayı daha çox çıxar. Bu məmləkətdə binəva vəfat edəni rəhmət götürüb torpaqda rahat yatmağa qoyurlarmı ki? Bunun kəfən pulu, molla pulu, məzar pulu, mərasim evi pulu, ehsan xərci. Görün, ortada bir ölüdən nə qədər diriyə fayda dəyəcək! Nə qədər monopolist xeyli pul qazanacaq! Nə qədər firmanın bazarı açılacaq! Nə qədər adamın üzü güləcək! Yalnız bircə ölüdən! Hələ görün, ölkədə canlı ölülərin sayı yüz minləri ötürsə, durum necədir! Hələ görün, bunlardan yüz milyonlar qazanan nə qədər müftəxor var! Həm də o müftəxorlar bu böyük pulları sındırılmış pəncərəyə görə deyil, yüz minlərin sındırılmış qüruru bahasına qazanırlar. Yalanmı? Yalansa, şəhərin mərkəzinə çıxıb halımıza baxın! Qanlı görsə, qan ağlamazmı?

Bax, bu mənzərə bir daha sübuta yetirir ki, mövcud rejimin məntiqi, sadəcə, sındırılmış insan qürurundan pul qazanmaqdır. Hər şey onun oyun maraqları üzərində qurulub. Sən bu maraqların qurbanısan. Qurban olduğun üçün 30 dərəcə istidə qəfəsə alınmış şəhər mərkəzində vurnuxursan. Əsəblərini cilovlayıb çıxmağa yol axtarırsan. Onların qoyduğu yoldan kənara çıxa bilməzsən amma. Çünki işi bu yerə gətirib çıxaran sən özünsən. Bütün yolların üzünə bağlanması sənin öz günahın üzündən baş verib. Özün boyun əymisən bu məhkumluğa. Özün yol vermisən qürurunun bu yerə qədər sındırılmasına. Hünərin çatırsa, səsini çıxar, etiraz et. Edə bilmədinsə, pay-piyada düş yollara. Başqa yolun da var-ən azı 15 gün paytaxtdan başını götürüb ucqar kəndlərin birinə qaça bilərsən.

Dərd təkcə oyunlarla bitsə, nə vardı ki. Dərd odur ki, sındırılmış qürur insanlara ömürlük itkilər bahasına başa gəlir. Bu itkilər on illərdir həyatımızı cəhənnəmə çevirib. Talanıb vardan-yoxdan çıxmağımız, ölkəmizin bərbad duruma salınması, mənəviyyatın pozulması, hüquq və ədalətin ayaqlar altına düşməsi… Elə itkilər var ki, onun açdığı yaralar on illərlə sağalmaz. Elə itkilər var ki, vurduğu yaralar ömürlük şikəstlik yaradar. Elə itkilər var ki, ondan qazanc götürənlərə həyat haram! Bir də o qazanc sizin sındırılmış qürurunuz bahasına əldə olunursa. Hələ də sındırılmış qürurunuzla onlara milyonlar qazandırmaq məhkumiyyətinə davam etməkdə israrlımısınız?

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button