2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Sinifdə Stalin dövrü şeirlərini oxudu, işdən çıxarıldı

Saprıkinanın sözlərinə görə, direktor iki müəllifi “xalq düşmənləri” adlandırıb, onların “düzgün olaraq NKVD tərəfindən saxlandığını və cinayətlərinə görə işgəncə gördüklərini” deyib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Sankt Peterburq şəhərində bir müəllimə sinifdə 1930-40-cı illərdə sovet diktatoru İosif Stalin repressiyasına məruz qalmış iki müəllifin şeirlərini oxuduğuna görə işdən çıxmağa vadar edildiyini deyir.

Direktor nə deyib

Serafima Saprıkina fevralın 6-da Facebook-da yazıb ki, 10-cu sinifdə Daniil XarmsAleksandr Vvedenskinin şeirlərini oxuyandan sonra məktəbin direktoru onu işdən çıxmağa məcbur edib. Direktor müavini isə dərs proqramını təsdiqləyibmiş.

Saprıkinanın sözlərinə görə, direktor iki şairi “xalq düşmənləri” adlandırıb, onların “düzgün olaraq NKVD tərəfindən saxlandığını və cinayətlərinə görə işgəncə gördüklərini” deyib. “Onların şeirləri yalnız sizin Bohemiya mətbəxlərində müzakirə oluna bilər”, – müəllimənin sözlərinə görə, direktor deyib.

Məktəbin direktor müavini Tatyana Sudakova-Gollerbax isə “Novaya gazeta”ya müsahibəsində Saprıkinanın dediklərini təkzib edib. O deyib ki, Saprıkina məktəbdə bir neçə ay işləyib, “yeni iş tapdığı üçün” işdən çıxıb.

İki müəllif

Dramaturq və şair Aleksandr Vvedenski ovaxtkı Leninqrad şəhərində Ədəbi Janr Birliyini təsis etmişdi. O, 1941-ci ildə həbs olunub, əksinqilab təbliğatında ittiham edilib. Şair 1941-ci ildə Ukraynanın şərqindəki Xarkov şəhərində təcridxanadan Tatarıstan paytaxtı Kazana aparılarkən vəfat edib.

Vvedenskinin yaxın dostu Daniil Xarms isə 1941-ci ildə antisovet təbliğatında suçlanaraq həbs olunub. O, bir il sonra Leninqradda Kresti təcridxanasında psixiatrik kamerada vəfat edib.

Bu iki müəllifin əsərləri sovet vaxtı çap edilməyib. 1980-ci illərin sonlarında Mixail Qorbaçovun islahatları nəticəsində sovet oxucuları üçün tam əlçatan olub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button