Now Reading:
Sınmış zaman saatı…

Zaman donub.Saat işləmir.İkisi bir yerdə Azərbaycan reallığıdır. Ölkə böyük bir sınmış saatdır sanki. Hər şey donub. Meydanlar da,küçələr də, fanarlar da. Çığıranın səsi eşidilmir, yananın, yandırılanın çığırtısına məhəl qoyan yox, özünü asanın kəndirini kəsən… Bu ölkədə bu ölkənin baş şəhərində səs-səsə verən insanlar da bir-birini eşitmir sanki.Hansısa nəhəng bir qüvvə,hansısa bir div-cin qoymur sanki insanları bir-birini eşitməyə.Hansısamı? Yox.Hamının bildiyi, tanıdığı, ölkənin saatını sındırmış, onu işləməyə qoymayan, uzun illərdir suyun qabağını kəsib insanları su üzünə həsrət qoyan o əjdaha-Rejim. Talanla, yalanla, ölkəni uçurub sökməklə, yenidən özləri üçün tikməklə milləti ağlar günə qoyublar. Haşiyə:
M.Ə Sabir bir gün Tbilisidən gələrkən Kürdəmir stansiyasında görür ki, vaqonda bir kişi ağlayır.Deyir:
_ Ağlama,ağladıqca kişi biqeyrət olur.
Bizə elə gəlmirmi ki, rejimin hər gün daha çox ağlatmaq istədiyi bu milləti məqsədi elə biqeyrət etməkdir? Durmuş, dayandırılmış zaman saatını düzəltmək, işə salmaq lazımdır. Bu saat ,,Məhsul” stadionunda qoyulub. ,,Ustalar”-da var.Bu saatı da ancaq meydanda düzəltmək olar.Sınmış,sındırılmış Azərbaycanın,sınmış,sındırılmış saatını.Saat nəhəng olduğundan, onu düzəltmək üçün də nəhəng qüvvə köməyi lazımdır onu düzəltməyə.Çarxları arasında ilişib qalmış
pazı çıxarmağa.
Zaman:10 mart. Saat:15-00.
-Saatımızı düzəldək,zamanımızı düzəldək.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.