2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sinoptiklər hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edirlər

Sinoptiklər hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edirlər

Bakı/22.10.21 Gələn həftənin əvvəlində Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Belə ki, oktyabrın 25-də axşamdan başlayaraq oktyabrın 27-dək Bakıda və Abşeron yarımadasında yağış yağacağı, küləyin güclənəcəyi gözlənilir.

Oktyabrın 26-dan 27-nə keçən gecə və çərşənbə günü səhər yağıntı intensiv olacaq. 15-20 metr/saniyə sürətlə şimal-qərb küləyi əsəcək, arabir güclənərək 23-28 metr/saniyəyə çatacaq, bəzi yerlərdə isə 30-32 metr/saniyə olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bildirir.

Həmin müddətdə Azərbaycanın rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Sinoptiklər şimşək çaxacağını, leysan yağacağını, dolu düşəcəyini proqnozlaşdırırlar. Dağ və dağətəyi rayonlarda qar yağacaq. Qərb küləyinin sürəti saniyədə 15-20 metrə çatacaq, bəzi yerlərdə 25-30 metr/saniyə olacaq.

Çaylarda suyun səviyyəsinin qalxması ehtimalı var, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək.

Qeyd edək ki, qarşıdakı istirahət günlərində Bakıda və Abşeronda yağıntı olmayacaq, havanın temperaturu gündüz 19 dərəcəyə qədər yüksələcək.—0–

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button