Now Reading:
Sinqapurda suyun keyfiyyətini qu quşu robotları yoxlayır

Sinqapurda icməli su rezervuarlarındakı suyun keyfiyyəti robot qu quşları vasitəsilə yoxlanacaq.

Channel News Asia-nın məlumatına əsasən, şəhərə verilən suyun keyfiyyətinə nəzarət sisteminin yaradılması çərçivəsində hovuzlara 5 qu quşu robotu buraxılıb.

Bu işlər SWAN (qu quşu) adı verilmiş layihə çərçivəsində görülür.

Robotların görünüşü gerçək qu quşlarından demək olar ki, fərqlənmir.

Üstü qu quşu müqəvvasına bənzəyən robotun, su altında qalan hissəsi isə mürəkkəb cihazlarla doludur. Su nümünəsi analiz edildikdən sonra, nəticələr simsiz texnologiya vasitəsilə onlayn rejimdə Sinqapurun Milli Su Agentliyinə göndərilir.

Robotları hazırlayan mütəxəssislərə görə, qu quşu roboru qayıqlar toqquşmaya tab gətirəcək qədər möhkəmdir.

Robot qu quşları Su Agentliyini bundan sonra suyun keyfiyyətini yoxlamaq üçün hövzəyə adam göndərmək məcburiyyətindən azad edib.

Dizaynerlərin sözlərinə görə, robotlar böyük ərazidə insanın müdaxiləsi olmadan hərəkət edə bilir, lakin təmir üçün və ya cihazı təkmilləşdirmək ehtiyacı yaranarsa, robot qu quşlarını məsafədən idarəedici pult vasitəsilə lazım olan yerə gətirmək də mümkündür. (BBC azeri)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.