2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Siqaret çəkən uşaqların problemini Milli Məclis necə həll edəcək?

Yusif Bəkirov: “Bu qanunun həyata keçirilmə mexanizmi yoxdur”

Azərbaycanda yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadə etməsinə görə valideynlər və yaxud qəyyumluq edən şəxslərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əlavələr təklif edilir.
Layihəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən həyata keçirilməsi tütündən istifadəsinə səbəb olduqda, 100 manatdan 250 manata qədər cərimə tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov hesab edir ki, sözügedən layihənin öncəkilərdən hansısa ciddi fərqi olmayacaq. O bu qanunun da kağız üzərində qalacağını deyir:
“Çünki qəbul edilən qanunların həyata keçirilmə mexanizmi yoxdur. Milli Məclisdə indiyədək yüzlərlə qanun hazırlanaraq qəbul edilib. Onların hansı həyata keçirilib?! Ona görə də siqaretdən istifadəyə görə valideynlərin cərimələnməsi məsələsi reallaşmayacaq. Bundan başqa, cərimələr tətbiq edilsə, onda gərək valideynlərin 80-90 faizi buna cəlb edilsin. Bunu da edəcəklərmi? Problem başqa yolla həll edilməlidir. Məktəblərdə maarifləndirmə işi aparılmalıdır. Bu iş evlərdə davam etdirilməlidir. Yoxsa qanun qəbul edib bununla da işi bitmiş saymaq məsələnin həlli yolu deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button