Loading...
Loading...
SEÇMƏ

Siqaretlərin qiymətində artım müşahidə edilir

Bəzi məntəqələrin süni şəkildə qiymət artırdığı

Mayın 26-da Azərbaycanda bəzi siqaretlərin qiymətində artım müşahidə edilib.

“Trend” yazır ki, qiymətlər 10-30 qəpik civarında artıb. Belə ki, bəzi satış məntəqələrində, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb. Agentliyin satış məntəqələrindən əldə etdiyi məlumata görə, qiymətlər bəzi məntəqələrdə süni şəkildə qaldırılıb.

Meydan TV də metronun “Həzi Aslanov” stansiyasının ətrafındakı satış məntəqələrində qiymət artımını müşahidə edib. Ən çox artım “Sobranie” siqaretində müşahidə edilib, indiyədək 4-4,10 manata satılan siqaret bu gün 4.50-yə olub.

Bu ilin martında qüvvəyə minən qanuna əsasən, ölkəyə idxal edilən siqaret məhsullarının 1000 ədədi üçün aksiz vergisi 43 manatdan 46,5 manata qədər artırılıb. Bahalığı bununla da əlaqələndirirlər.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 92-ci günü: yenilənən xəbərlər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button