2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şirkətləri yoxlayanların sayı artdı

“Tikintidə çalışan şəxslər və tikintini aparan şirkət arasında müqavilənin olub-olmamasını “ASAN xidmət” aidiyyəti dövlət orqanları ilə birlikdə müəyyənləşdirəcək”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.
“Qeyri-leqal əmək, yəni əmək müqaviləsinin olmaması müəyyənləşdikdə inzibati tənbeh tədbirləri görüləcək. Tərkibində cinayət məsuliyyəti olan işlərdə “ASAN xidmət” topladığı faktları sənədləşdirərək aidiyyəti dövlət orqanlarına təqdim edəcək. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumlarla aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanın icrası ilə bağlı görüş keçirilib və tədbirlər planı hazırlanır. Bu gündən işlərə başlayacağıq” – deyə, sədr müavini bildirib. (apa)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button