SİRR: Nəhəng insanlar və Misir ehramları – Foto

Öncə qeyd etmək lazimdir ki, alimlər bütün vasitələr ilə bu məlumatı gizlədiblər. Buna səbəb kimi həmin məlumatların uşaqlıqdan bizə keçirilən tarix kitablarında verilən məlumatlarla uyğun olmamasıdır.

Planetdə çoxdandır nəhəng insanların basdırılma yerlərini tapırlar. Bunun növbəti sübutu Yakutiyadakı tapıntıdır. Müstəqil araşdırmaçılar qrupu çoxdandır ki, bu məsələnin öyrənilməsi ilə məşğul olur. Araşdırma nəticəsində planetimizdə 12-20.000 il bundan əvvəl nə baş verdiyinin real şəklini formalaşdırıblar. Bu o qədər də keçmişdə olmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, nəhəglərin boyu 4-12 metr olub, həmçinin fiziki gücdən əlavə fenomenal əqli qabliyyətə malik olublar. Bəlkə də bu, sirli “Atlant sivilizasiyasıdır”.

Alimlər qeyd edirlər ki, nəhəglərin bu sivlizasiyası ehramları nəinki Misirdə, hətta bütün dünyada tikə bilərdilər. Onların tikdiyi ehramların ümumi sayı isə 600-dən coxdur. Ehramların tikintisində qul gücündən istifadə olunmadan çox asan texnologiya tətbiq olunurdu. Bu bizim bildiyimiz adi apolopkadır. Yəni nəhəng daşları uzun məsafəyə daşımırdılar, beton qarışığını taxta formalara tökürdülər. Onların istifadəsi isə bizə məlum olmayan energetik və kosmik enerji ilə baş verib. Bundan sonra isə başqa insan sivilizasiyaları, həmçinin misirlilər Allahlara ibadət etməyə başladılar. Buradan bir daha aydın olur ki, Misirlilər ehram tikməyiblər.

Yer üzündən necə yox oldular?

Ən maraqlı sual isə niyə bu nəhənglərin yaşaya bilməməsi və yer üzündən silinməsidir. Alimlərin gəldiyi qənaətə görə bu “üç ay” hadisəsi ilə bağlıdır. Həmin dövrdə planetdə cazibə qüvvəsi və atmosfer tam başqa formada olub. Bu cür fiziki şəraitdə nəhəng insanlar özlərini çox yaxşı hiss edə və çox yaşıya bilərdilər. Onların ölümü dörd ayın yerə düşməsi ilə bağlıdır.

Amma alimlər bu nəzəriyyəni də inkar edirlər. Fikirlərdən biri ondan ibarətdir ki, həqiqətən də yer kürəsində atmosfer və cazibə qüvvəsi başqa formada olub. Bununla yanaşı yerin ətrafında buz asteroidlərindən kəmər varmış.

Bu səbəbdən də planetdə oksigen zəngin olub. Bu da nəhəng insanların və heyvanların inkişafına güclü təsir edib. Amma qütblərin dəyişməsi və kosmik dəyişikliklər nəticəsində buz kəməri su kimi yerə axaraq buz dövrünü yaradıb. Nəticədə nəhəng insanlar məhv olub.

Faktlar

Aşağıda nəhənglərin yaşamağını təsdiq edən faktlara nəzər salaq.

1) 1979-ci ildə Meqallinqdə Mavi dağlarda yerli sakinlər çayın üzərində böyük daş tapmışdılar. Həmin daşın üzərində böyük ayağın barmaq izləri vardı. Həmin barmaqların uzunluğu 17 sm idi. Əgər ayaq izi tam şəkildə qalsaydı onun uzunluğu 60 sm olardı. Burdan da belə nəticəyə gəlmək olar ki, həmin izi boyu 6 metr olan insan qoyub.

2) İvan Sanderson, dünyaca məşhur zooloq, bir gün Alan Makşirdan adli bir şəxsdən aldığı məktubla bağlı maraqlı əhvalat bölüşüb. Məktubun müəllifi 1950-ci ildə Alyaskada tikilən yolda buldozerlə işləyirmiş. O, bildirirdi ki, işçilər qəbir təpələrində iki böyük daşlanmış kəllə, onurğa və ayaq sümükləri aşkar ediblər. Kəllənin uzunluğu 58 sm, eni 30 sm idi. Qədim nəhənglərin dişləri iki sıradan ibarət idi və proporsional olmayan yastı başları var idi. Onurğalarının uzunluğu kəllə sümükləri kimi müasir insandan üç dəfə böyük idi. Baldır sümüklərinin uzunluğu isə 150-180 sm idi.

3) 1899-cu ildə Almaniyanın Rur vilayətində şaxtaçılar uzunluğu 210-240 sm olan daşlaşmış insan skeleti tapmışdılar.

4) 1950-ci ildə Cənubi Afrikada almaz çıxarılarkən hündürlüyü 45 sm olan böyük kəllənin hissələrini tapıblar. Alimlərin fikrinə görə, bu tapıntın təxminən 9 milyon yaşı var.

5) Qədim Babilistanda gil lövhələrin üzərində Babil kahinlərinin bütün astronomik bilikləri Asiyada yaşayan, boyları 4 metrdən çox olan nəhəng insanlardan aldıqları yazılır.

6) Min il bunda əvvəl yaşamış ərəb səyahətçisi İbn Fadalan 6 metr uzunluğu olan skelet görüb. Həmin ölçüdə olan skeleti İsveçrədə rus yazıçıları Turgenyev və Korolenko görüblər. Onlar bildirmişdilər ki, bu nəhəng sümüklər 1577-ci ildə həkim Feliks Platernon tərəfindən aşkar edilib.

7) Amerikanı işğal edən ispanlar Astek kilsələrinin birində uzunluğu hətta 20 metrə çatan skelet aşkar ediblər. İspanlar hədiyyə kimi bunu Roma papasına göndərmişdilər.

8) Nəhənglərin varlığının aşkar sübutu kimi onların ayaq izlərini göstərmək olar. Onlardan ən məşhuru isə Cənubi Afrikadadır. Onu keçən əsrin əvvəllərində yerli fermer Stoffel Ketci tapıb. Ayaq izinin uzunluğu 1 metr 28 sm idi…

Sonda bir sual meydana çıxır: Nəyə görə nəhəng insanların sümükləri dünyanın heç bir muzeyində nümayiş edilmir?..

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Bazar, Yanvar 24, 2021
Clear
4 ° c
73%
11.18mh
-%
7 c 5 c
Be
8 c 5 c
Ça
7 c 6 c
Ç
8 c 6 c
Ca

Seçmə