2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Şirvan: başçının memarı qovmasının şok – Təfərrüatı

Şirvanın icra başçısı Mərdan Camalovun baş memar Hacı Vüqarı işdən qovmasının səbəbləri üzə çıxıb. 24saat.org icra başçısının bu qərarının təfərrüatını öyrənib.
Dəqiqləşdirmələrimizə görə Vüqar Nağıyev Şirvan şəhərində əvvəlcə inventar büroda baş mühəndis işləyib.
Sonradan M.Camalovla əlaqə yaradıb və razılaşma əldə edərək icra hakimiyyətində tikinti və memarlıq şöbəsinə müdir, el arasında deyilən kimi “ arxitektor” vəzifəsinə təyin olunub.
Vüqar Nağıyev Həcc ziyarətində olduğu üçün Şirvanda Hacı Vüqar kimi tanınıb. Vüqar Nağıyev Hacı olduğundan memar təyin olunan kimi Şirvanda sahibkarlıq üçün ayrılan torpağın 1 kvadrat metrini 100-200, hətta 300 manata qaldırıldı.
Mənbə bildirir ki, beləcə Şirvanda şıdırğı torpaq alveri başladı. Amma maraqlısı ondadır ki, M.Camalov icra başçısı təyin olunandan ta bu günə kimi memarın möhürünü özündə alıb saxlayıb. Çünki M.Camalov həyatda heç kimə, heç bir varlığa inanan adam deyil.
Hacı Vüqar ayda 1 dəfə sənədləri toplayıb siyahı üzrə kim nə qədər aldığı torpağın həcminə görə pul veribsə gedib Camalova hesabat verirdi. Və memar möhürü başçıdan alıb sənədləri təsdiqləyirdi.
Qaynağımız qeyd edib ki, M.Camalov məzuniyyətə getmək ərəfəsi idi. Hardansa siqnal alıb ki, Hacı Vüqar onu gözü görə görə aldadır və atır. Deməli 10 nəfərin sənədinin pulunu Camalova verəndə həmin sənədlərin arasına ağ yazılmamış kağızlar qoyurmuş və möhürləyib götürürmüş.
Bu dəfə ssenari təkrarlananda Camalov möhürün vurulma səsini sayır və görür ki 10 sənəddən çox oldu. Və durub kreslosundan cumur Hacı Vüqarın üstünə sənədləri alır və deyilənlərin doğru olduğunun şahidi olur.
M.Camalov məzuniyyətdən qayıdandan sonra dərhal Hacı Vüqarı prokurorluğa verəcəyi ilə hədələyir. Və o vaxt yaşıllaşdırma idarəsinin müdiri işləyən (hal hazırda su kanal idarəsinin rəsi işləyir) Hamlet Hüseynov Hacı Vüqarla dost olduğundan icra başçısına minnətə gedir. Çünki M.Camalov xaraktercə Hamlet Hüseynova oxşar olduğundan onun xətrini çox istəyir və ətrafında olanlardan daha çox onun hörmətini saxlayır. (Ona görə də 3 ildə 5 idarəyə müdiri təyin edib). Hacılar arasında ( M.Camalov da Hacıdır) konflikt başlayanda Şirvanın Hacıqabul tərəfdən girişində Bayraq Meydanı tikilirdi.

Məlumatda deyilir ki, Hamlet Hüseynov M.Camalovdan Hacı Vüqarı əfv etməsini xahiş edir. Camalov isə ona atan memarı 100 min manat cərimə edərək Bayraq Meydanın tikintisinə sərf etmək adıyla bağışlayır. Amma 100 min Hacı Vüqar üçün dəryadan 1 damla hesab olunurdu. Beləcə Hacı Vüqarın icra başçısı “Şöhrət” ordenli Hacı Mərdan Camalovun qəzəbinə tuş gələrək işdən çıxmasının səbəbi bu cür olub. Deyilənə görə bu günün özündə də memarın möhürü M.Camalovdadır. Sadə Şirvan sakinləri adi tikinti sənədini almaq üçün 1 ay icra hakimiyyətinə gedib gəlməli olurlar.

Mənbə bildirir ki, köməkçisi Şahmarın işdən çıxmasının sirri isə M.Camalovla aralarında hələ ki qalmaqdadır. Bundan başqa, Şirvanda kimlərin iradəsi ilə vəzifələrə təyinatlar olur, bu barədə maraqlı yazımız yaxın günlərdə olacaq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button