2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şirvanda: Camalovun kadr sponsoru dəyişib – Təfsilat

İcra başçısı Şirvan şəhərində vəzifələrə təyinat bazarı açıb. 24saat.org-un əldə etdiyi xəbərə Mərdan Camalov ağılasığmaz idarəetmə sistemi yaradıb.

Məlumata görə, M.Camalov işinə başladığı tarixdən etibarən həm dayısı, həm də bacanağı olan (hazırda iqtisadiyyat və humanitar kollecin direktoru) Balamirzə Məmmədovun təqdim etdiyi kadrlardan istifadə edib. Şirvan şəhər İcra Hakimiyyətində işləyən gənclərin əksəriyyəti Balamirzə Məmmədovun kadrlarıdır. Ancaq son zamanlar Balamirzə Məmmədov bacısı oğlu həm də bacanağı olan M.Camalova kadr verə bilmir. Çünki artıq başqa adlar, başqa şəxslər Şirvanda “meydan sulayır”. Bunlardan biri idman kompleksinin müdiri İlham Səfərovdur. İlham Səfərov 2005-ci ilə kimi işsiz olub və müxalifət düşərgəsinin öndərlərindən olub. M.Camalov icra başçısı təyin ediləndən sonra İ.Səfərovun “ulduzu parladı”. Əvvəl təhsil şöbəsinin nəznində fəaliyyət göstərən uşaq idman məktəbinə direktor təyin olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər və İdman Nazirliyi tərəfindən Şirvan şəhərində idman kompleksi tikilib istifadəyə veriləndən sonra İlham Səfərov buraya transfer olundu. Deyilənə görə İlham Səfərovun idman kompleksinə müdir təyin edilməsini gənclər və idman naziri Azad Rəhimovdan M.Camalovun qardaşı müdafiə sənayesi naziri Yavər Camalov xahiş edib. Kompleks açılandan İlham Səfərov yaxın qohum əqrəbasını, kürəkənini kompleksdə müxtəlif sahələrə nəzarət etməyə qoyub. Kompleksin ən gəlirli sahəsi oteldir. 1 gecə oteldə qalmaq adam başına 30-40 manatdır. Otelin otaqlarında axşamlar bir boş otaq qalmır. Dövlətin milyonları hesabına tikilən idman kompleksi İ.Səfərovun qazanc mənbəyinə çevrilib. İ.Səfərov gələn gəlirlər hesabına polisdə işləyən Fuad Mikayılov adlı kürəkənini DYP bölməsinə keçirib. Anar adlı yanında işləyən kürəkəni isə yaxın günlərdə Azad Rəhimovun xidməti BMV markalı bahalı avtomobilindən alıb. Mənbə qeyd edir ki, Mərdan Camalovun yaratdığı bütün bu imkanlar İlham Səfərovu daha irəli apararaq kadrların təyin olunmasına sponsurluq edir. 46 saylı dairə seçki komissiyasının sədri Taleh Ağayev İlham Səfərovun yaxın dostudur. Təxminən 4 ay əvvəl icra hakimiyyətinin şöbə müdiri Həsən Həsənov qəflətən rəhmətə getdi. Həsən müəllim həm də Həmkarlar İttifaqının Şirvanda sədri idi. Taleh Ağayevi İlham Səfərov Həsən müəllimin 40 mərasimi olmamış həmkarlara 7 min manata sədr qoydurdı. Dairə seçki komissiyasına sədr vəzifəsinə isə keçmiş torpaq şöbəsinin müdiri Salman Zamanovu qoyduracaqdı. İşlər İlham Səfərovun ssenarisi üzrə həyata keçdi. Taleh Ağayev Hİ-da qazanc olmadığını görüb İlham Səfərova deyib ki, “məni öz yerimə, dairəyə sədr qaytar, Həmkarlarda quru əmək haqqından başqa heç bir qazanc yoxdur”. İlham Səfərov yenidən 25 min manat xərc çəkərək Taleh Ağayevi yenidən 46 saylı DSK-ya sədr qaytardı. Salman Zamanov isə layiq olduğu qiymətini aldı və kənarlaşdırıldı. Beləcə Şirvan şəhərini Mərdan Camalov bu vəziyyətə qoyub. Şirvanda analoqu olmayan 2 mərtəbəli park, 1 milyon 200 min manatı kim hara necə xərclədiy barədə araşdırmalar davam edir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button