2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şirvanda özünü yandıran müharibə iştirakçısı vəfat edib – FOTO

Şirvanda özünü yandıran Vətən müharibəsi iştirakçısı xəstəxanada vəfat edib.

Şirvanda yaşayan Yardımlı rayon sakini – 1990-cı il təvəllüdlü Abdıyev Elmir Pənahəli oğlu sentyabrın 18-i özünü yandırıb.

Üçüncü dərəcəli yanıq xəsarəti alan E. Abdıyev elə həmin gün Bakıdakı yanıq şöbəsinə yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin 1 ay ərzində aldığı müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar həmin gün məlumat yaymışdı.

Nazirliyin verdiyi xəbərə görə, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunmuşdur.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürmüşdür.

Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilmişdir

Lakin saat 20 radələrində Elmir Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd etmişdir.

Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılmışdır. (APA)

24 saat” “Şirvanda özünü yandıran müharibə iştirakçısı vəfat edib – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button