2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Şirvandakı partlayışa səbəb terror yox, məsuliyyətsizlikdir”

Ərəstun Oruclu: “Partlayışın səbəbini məhz burda axtarmaq lazımdır”

Şirvandakı hərbi zavodda baş verən partlayışın üstündən günlər ötsə də, iki nəfərin ölümü, ondan çox şəxsin yaralanmasına səbəb olan partlayışla bağlı narahatlıq bitmək bilmir. Baş verən olaydan dərhal sonra partlayışın səbəblərini araşdırmaq üçün dövlət komissiyası yaradılıb ki, partlayışla bağlı bütün qaranlıq məqamlara komissiya tərəfindən aydınlıq gətiriləcəyi güman edilir. Bu gün isə partlayışla bağlı çoxsaylı ehtimallar səsləndirilir ki, onlardan biri də “Araz” zavodunun terror aktı nəticəsində sıradan çıxarılmasıdır.
Lakin məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu partlayışın terror aktından deyil, məsuliyyətsizlikdən meydana gəldiyini vurğuladı:
“Biz Şirvanda baş verən partlayışı araşdırmağa çalışmışıq. Gəldiyimiz qənaət bundan ibarətdir ki, bu partlayış sadəcə böyük məsuliyyətsizliyin nəticəsidir. İntizamsızlıq, məsuliyyətsizlik, iş prosesindəki laqeydlik və s. belə bir partlayışın meydana çıxmasına səbəb olub. Fikrimizdə, partlayışın səbəbini məhz burda axtarmaq lazımdır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button