Şirvanşahlar dövrünə aid karvansara məhv olmaq üzrədir – FOTOLAR
Qaradağ rayonunda yerləşən karvansara baxımsız vəziyyətdədir.
Rayon ərazisində yerləşən karvansara Şirvanşahlar dövrünə aiddir. Eni 5, uzunluğu 15 metrdir. İçərisində bir otaq var. Eyni zamanda, divarlarda heyvanları bağlamaq üçün yerlər var.
Karvansara divarlarının hiss olması orada uzun müddət qonaq olanların qalmasından xəbər verir.
Hazırda tikili məhv olmaq üzrədir.
“Global Photo Stock”un əməkdaşı karvansaranın son vəziyyətini kamerasının yaddaşına köçürüb.
Məsələ ilə əlaqədar olaraq Qaradağ Rayon İH bildirib ki, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi ərazisində yerləşən Karvansara Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan tarixi abidədir. “Onun qorunması və bərpası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin səlahiyyətləri daxilindədir. Qeyd olunan məsələ ilə əlaqədar olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edilmişdir.”