2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosial

“Siyəzən broyler”dən müdhiş saxtakarlıq – Özəl

“Siyəzən broyler” MMC haqda inanılmaz iddialar meydana çıxıb.


24saat.org-a daxil olan xəbərə görə, müəssisənin bazarlara çıxardığı yumurta məhsulları Türkiyədən gətirilir.
Ölkə üzrə tələbatı öz istehsal qabiliyyəti ilə ödəyə bilməyən müəssisə xaricdən yumurta idxal etməyə başlayıb. Bazarlarda və marketlərdə Siyəzən yumurtası kimi satılan məhsullar əslində Türkiyədən daşınır və istehlakçılar hər gün aldadılır.
“Siyəzən broyler” MMC gömrükdən keçən məhsulların üzərinə öz markasını vurur və bazara çıxarır. Bu iddialarla bağlı 24saat.org-a bildirilib ki, müəssisənin öz imkanları daxilində tələbatı ödəmək imkan var idi.
Lakin zamanında çətinliklər və maneələrlə üzləşən broyler firması çıxış yolunu Türkiyədən idxalda görüb. Çünki xaricdən gətirilən məhsullara ucuz başa gəlir. İstehlakçılar isə Siyəzən yumurtası yeyir adı ilə aldanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button