2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Siyəzən məhbuslarının apellyasiya şikayətinə baxılır

2016-cı ilin yanvarında Siyəzən rayonunda qiymət artımına etiraz olaraq keçirilən aksiyada həbs olunan 11 nəfər barəsində məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılır.

İşə Sumqayıt şəhər Apellyasiya Məhkəməsində Nazim Mövsümov sədrlik edir.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillər məhkəmədən sosial tələblərlə etiraz edənlərin hər birinə bəraət verilməsini istəyirlər.

Mayın 23-də apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Amma təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib. Buna baxmayaraq, yaxınlarına məhkəmənin vaxtı haqda məlumat verildiyindən onlar prosesi izləməyə gəliblər.

Vəkilin vəsatəti qəbul olunub

Təqsirləndirilən 11 nəfərdən üçünün – Zaur Şəkərov, Nizami Qəniyev və Coşqun Bəgişovun vəkili Elçin Sadıqov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşə bilmir. Onların saxlanıldığı istintaq təcridxanasının rəhbərliyi orderlə kifayətlənmir, məhkəmənin icazə məktubunu tələb edir. Vəkil məhkəmədə razılıq məktubu verilməsi haqda vəsatət qaldırıb:

“Mayın 18-də istintaq təcridxanasına getsəm də, müdafiə etdiyim şəxslərlə görüşə icazə verilmədi. Bildirdilər ki, bunun üçün məhkəmədən məktub almalıyam”.

Hakim vəsatəti təmin edib. Vəkilin təqsirləndirilən şəxslərlə görüşünə imkan yaradılmasından ötrü ilkin baxış iclası iyunun 1-nə qədər təxirə salınıb.

Ailə üzvlərinin istəyi hakimlik deyil

Məhkəmədə təqsirləndirilən şəxslərin ailə üzvləri də hakimə müraciət edərək, yaxınları ilə görüşlərinə icazə verilməməsindən gileyləniblər. Onlar görüşə şərait yaradılmasını xahiş etsələr də, hakim bu məsələnin məhkəməyə aidiyyəti olmadığını bildirib.

Həmin şəxslər CM-nin 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər), 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilirlər

Təqsirləndirilən şəxslərdən Müslüm Əzimov və Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

XATIRLATMA

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zən ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button