2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Siyasi məhbus ailələrinə mitinq çağırışı

Yazıçı Zümrüd Yağmur 23 sentyabr ümumxalq mitinqi ilə bağlı siyasi məhbus ailələrinə müraciətlə yazı paylaşıb. Yazını təqdim edirik:

Tək məhkum – Azərbaycan!

Saytların yığılması Saytlarin yigilmasi

Yaşadığımız ölkənin bir reallığı da var. 160 siyasi məhbus… Amma bəzən mənə elə gəlir ki, biz çox kiçik bir rəqəmin arxasından baxırıq olanlara. Hətta bəzən 160 nəfər siyasi məhbusun məhkumluğu ilə görmək istəyirik reallıqları. Lakin Azərbaycanın məhkumluq gerçəkliyi 160 deyil, 9 milyon da deyil. Bizim bir məhkumumuz var – Azərbaycan! Bu ölkənin ən böyük və tək məhkumu elə özüdür…

Ədalətsizliyə, rüşvətə, haqsızlığa, yalana, talana, oğurluğa, mənəviyyatsızlığa, əxlaqsızlığa, hiyləyə, yaramazlığa, acgözlüyə məhkumdur bu ölkəÇünki onun taleyini yuxarıda saydığım keyfiyyətləri daşıyanlara etibar etmişik.

Bu məhkumluğu siyasi məhbus ailələri daha yaxşı bilir… Təkliyin, həsrətin, acının, əzabın nə olduğunu… Və əmin olun, bir siyasi məhbusun ailəsi nə çəkirsə, bu məmləkətin torpaqları da o əzabın altında inləyir. Bu məmləkətin torpaqları əsrlərdir haqsızlıq və ədalətsizlikdən cana doyub. Ruhuna hopmuş əzab bu torpaqları da yorğun salıb. 

***

Hər kəs bütünlükdə xalqa müraciət etdi. Mənsə, üzümü siyasi məhbus ailələrinə tuturam. 
Yaxınının həbsxanadakı məhkumluğunu içindəki həsrətə qatıb göz bəbəklərində həbs edən, gecənin zülmətində, günəşin doğuşunda duyduğu əzaba yenilməyən əzizlərim, siyasi məhbus ailələləri!
Çəkdiyiniz əzabın eynisini bu torpaqlar da hiss edir. Hər sabah günəşin doğuşu bu torpaqlarda baş verən ədalətsizliyə işıq tutur.
Gecənin zülmətində doğmalarınızın qoxusunu aramağınızın əzabını bu torpaqların ruhuna yüklənmiş əzabla birgə hiss edin. Çünki bu məhkum torpaqların da sevdiyi var. Həsrət çəkdiyi, yolunu gözlədiyi, sarılmaq istədiyi… 
Bu torpaq da anadır, övladı var…
Bacıdır, qardaşdır, sevgilidir.
Sizin kimi…
Sabah mitinqdi. Bilirəm, bir çoxlarınız “bundan bir şey olarmı?” deyə düşünür, tərəddüd edir… Bəlkə sabah olmaycaq, amma bir gün mütləq olacaq. Ayağını basdığın bu torpağın övlad kimi gözlədiyi, bacı kimi sarılmaq istədiyi, sevgili kimi həsrətini çəkdiyi AZADLIQdır…
Sabah meydana gəlin, gəlin ki, bizə sinəsini açmış bu torpaqlar o həsrət çəkdiyinə, sevgilisinə – azadlığına qovuşacağına ümidlənsin.

Ona ümid verin ki, sizə güvənsin… 
Siz onu sevdiyinə qovuşdursanız, o da sizə sevdiklərinizi gətirəcək… Onun zindanının qapısını açın ki, sevdiklərnizin qapısı açılsın.

O meydan üçün bu gün dörd divarlar arasında olanlardan ötürü siz də meydana gəlin…

Onların sevgisini, ruhunu, istəyini, isti nəfəsini, qoxusunu da yanınıza alın və beləcə sevdiklərinizlə meydanda olun.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button