2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Siyasi mühacir Bakıda hava limanında saxlanılıb

Yeganə Əmiraslanovanın hara aparıldığı bilinmir

Siyasi mühacir kimi illər öncə Almaniyaya gedərək, orada oturum almış Yeganə Əmiraslanovanın iyulun 30-da Bakıda hava limanında saxlandığı bildirilir. “Müdafiə Xətti” insan haqları təşkilatından -yə verilən məlumata görə, Almaniyadan Bakıya gələn Yeganə Əmiraslanova hava limanında saxlanılaraq, naməlum istiqamətə aparılıb.

“Bundan əvvəlki təcrübələrə əsaslanıb güman etmək olar ki, Yeganə xanımı hüquq-mühafizə orqanlarından hansısa birinə – prokurorluğa, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, hətta istisna olunmur ki, Dövlət Təhlükəsizliyi Xidmətinə də apara bilərlər. Çünki xarici ölkələrdən deportasiya olunanları, yaxud illər sonra ölkəyə gələn mühacirləri aparıb dindirirlər, təzyiq göstərirlər. Yeganə Əmiraslanova ilə bağlı detallar məlum deyil. Bizdə olan məlumata görə, o, artıq Almaniyada vətəndaşlıq almışdı. Belə olan halda, səfirlik də məsələyə qarışacaq”, – təşkilatdan bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

hüquq-mühafizə orqanlarından məlumat əldə edə bilməyib.


24 saat” “Siyasi mühacir Bakıda hava limanında saxlanılıb” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button