2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi I oxunuşdan keçib

Yayımlandı: 29 Noyabr 2022 17:07

Yalnız deputat Erkin Qədirli layihənin əleyhinə səs verdiyini deyib

Milli Məclisin 29 noyabr iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.

Sədr müavininin sözlərinə görə, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib: “Ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb”.

Səsvermə zamanı Real Partiyasından olan deputat Erkin Qədirli səhvə yol verib.

Erkin Qədirli bildirib ki, layihənin əleyhinə olduğu halda bitərəf kimi səs verib:

“Mən komitənin iclasında bildirmişdim ki, qanun layihəsinin əleyhinəyəm. Amma bayaq səsvermə zamanı yanlışlıqla bitərəf olaraq səhv düyməni basdım. Xanım sədr, zəhmət olmasa, protokola məni əleyhinə olaraq qeyd edərsiniz”.

Noyabrın 24-də Respublikaçı Alternativ Partiyası (ReAl) Avropa Şurası Venesiya Komissiyasına “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı göndərdiyi sorğuya cavab alıb.

Partiyanın sədri İlqar Məmmədov bildirib ki, Venesiya Komissiyası və Avropa Şurasının digər məsul qurumları “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Azərbaycan hökuməti ilə heç bir məsləhətləşmədə iştirak etməyib:

“Beləliklə, hökumət çox da “Venesiya-Venesiya” deyib ictimaiyyəti çaşdırmasın. Bu qanun layihəsi müsbət beynəlxalq rəy alacaq layihə deyil”.

Qanun layihəsinin lehinə 95 səs verib, 1 deputat bitərəf qalmışdı.

Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.

Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button