2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Siyasi partiyalar haqqında yeni qanunu kimlər necə görür

Ancaq yeni qanun layihəsinin detalları, hələlik, açıqlanmır.
Bəs siyasi tərəflərin bununla bağlı düşüncələri nədən ibarətdir?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsilçisi Hikmət Babaoğlu hazırkı siyasi sistemdə dialoq mühitinin tədricən dərinləşdiyini və genişləndiyini hesab edir:

“Bu, siyasi sistemin rasional inkişafı və siyasi atmosferin möhkəmlənməsi baxımından vacibdir. Nəzərə alın ki, Ədalət Vəliyevin partiyalarla keçirdiyi görüşdə bir neçə məsələ müzakirə olunub və “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusu qoyulub, hər üçü də aktualdır. Zəfər Azərbaycan xalqının böyük qələbə tarixidir və bunun gətirdiyi yeni reallıq siyasi sistemimizdə keyfiyyət dəyişikliyini zəruri edir.”

Saytların yığılması Saytlarin yigilmasi

Deputatın fikrincə, hazırkı tarixi mərhələdə çox mühim qlobal çağırışlarla üz-üzədilər. O, hesab edir ki, bu vəziyyətdə ölkə daxilində dialoqun olması vacibdir:

“Böyüyən və genişlənən siyasi sistemin yeni qanunla nizamlanması aktuallığı ortaya çıxır”

“ Ona görə də böyüyən və genişlənən siyasi sistemin yeni qanunla nizamlanması aktuallığı ortaya çıxır. Hörmətli Ədalət Vəliyevin görüşdə səsləndərdiyui fikirlərə əsaslanaraq deyə bilərik ki, son dövrlərdə 22 partiya ofislə təmin olunub, 25 partiya qurultay keçirib və yenidən qeydiyyata alınıb, 7 partiya yaranıb və qeydə alınıb. Bu, siyasi sistemimizin palitrasının daha da zənginləşdiyini göstərir”.

Hikmət Babaoğlu, arxiv foto

H.Babaoğlu yeni qanunun qəbulunun dərinləşən və böyüyən siyasi sistemdə demokratik ənənələrin daha da güclənməsi, siyasi fəaliyyətin demokratik əsaslarla tənzimlənməsi üçün yeni hüquqi bazaya ehtiyacdan yarandığı fikrindədir:

“Siyasi sistem təkmilləşməlidir”

“Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun aktualdır”.

Hikmət Babaoğlunun sözlərinə görə, ölkədə fikir plüralizmi, siyasi dünyagörüş çalarları artırsa, bunun özü siyasi münasibətlərdə keyfiyyət yeniliyi yaradır:

“İkinci, qlobal çağırışlar Azərbaycandan daha təkmil fəaliyyət tələb edirsə, siyai sistem təkmilləşməlidir. Bütün bunların da qanunvericilik bazası olmalıdır ki, fəaliyyət tənzimlənsin”.

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu isə Azadlıq Rdiosuna müsahibəsində “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə ehtiyacın olmadığı qənaətindədir. Onun fikrincə, siyasi partiyalara mövcud qanunvericilik əsasında imkan yaradılmalıdır.

“Əli Kərimliyə isə ümumvətəndaş pasportu 20 ilə yaxındır verilmir”

O, hesab edir ki, Azərbaycan hakimiyyəti siyasi partiya deyəndə, özünün nəzarətində olan, nə vaxtsa hansısa sənədə imza atmağa hazır olanları nəzərdə tutur:

“ İllərin partiyası olan AXCP ( Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədri Əli Kərimliyə isə ümumvətəndaş pasportu 20 ilə yaxındır verilmir, halbuki, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı da var. Yaxud AXCP özəl mülk olan ofisi qərargah kimi istifadə etmək istəyir, partladırlar.”

Tofiq Yaqublu, 16 oktyabr 2010

Tofiq Yaqublu, 16 oktyabr 2010

T. Yaqublunun fikrincə, sadaladıqları hakimiyyətin pariyalara münasibətini dəyişmək niyyəti olmadığını ortaya qoyur:

“Xeyr, ölkənin Konstitusiyası işləmir,…”
“ İndi sual yaranır, məgər, mövcud qanun partiyaların fəaliyyətini normal ehtiva etmədiyini üçün daha mükəmməl qanun lazımdır? Xeyr, ölkənin Konstitusiyası işləmir, yaxud Seçki Məcəlləsi, məhkəmələr haqda qanun var, ancaq işləmir. Bütün bu söhbətlər mənasızdır”

Onun fikrincə, məqsəd sadəcə, özünün nəzarətində olan qüvvəni cəmiyyətə müxalifət olaraq təqdim edib, onlarla dialoq tamaşası qurmaqdır.

“…Qısqanırlar”

Amma dialoqda iştirak edən partiyalar isə belə fikirləri bölüşmür. Onlardan bəzi partiyalar hesab edirlər ki, dialoqdan kənar qalan müxalif qüvvələr islahatlar istiqamətində tədricən atılan addımları qısqanırlar, radikal çağrışlar edirlər. Həmin partiyaların fikrincə, dialoqdan kənarda qalanlar köhnə ənənələrdən əl çəkə bilmirlər.

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov da mövcud qanunun siyasi partiyaların fəaliyyəti üçün münbit mühit yaratdığını düşünür. Ancaq Hafiz Həsənov qanunda müəyyən təkmilləşmələrin aparılmasını vacib sayır:

“Partiyaların fəaliyyətinə dövlət qurumlarının müdaxilələri olmamalıdır”

“Əsasən də partiyaların fəaliyyətinə dövlət müdaxiləsini minimuma endirilməsi olmalıdır. Yaxud hazırkı qanunda partiyaların maliyyələşməsi mexanizmi tam aydın deyil. Daha sonra partiyaların qeydiyyatı prosedurları sərtdir və nəticədə müxalif ideya daşıyıcısı olan təşkilatların qeydiyyatı üçün müəyyən bürokratik maneələr yaradılır. Eyni zamanda, partiyaların fəaliyyətinə dövlət qurumlarının müdaxilələri olmamalıdır”.

Hafiz Həsənov, 22 iyun 2010

Hafiz Həsənov, 22 iyun 2010

Hafiz Həsənovun fikrincə, yeni qanun hazırlanırsa, yalnız “Siyasi partiyalar haqqında” qanunun özü yox, Seçki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət reyestri haqqında” qanun, partiyaların maliyyələşməsi aktları də nəzərə alınmalıdır:

“Ancaq son proseslər göstərir ki, qeyri-dövlət sektoru ilə bağlı qanunvericilik, daha çox “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları”, “Qrant haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunlara dəyişikliklər fəaliyyət mühitini daraldıb. Hazırda “Media haqqında qanun”un hazırlandığı deyilir, amma açıq müzakirələr keçirilməsə də, məlumatlar var ki, medianın faəliyyəti ilə bağlı müəyyən məhdudlaşmalar, dövlətin proseslərə müdaxiləsi olacaq”

“Tendensiyası göstərir ki,…”

Onun fikrincə, indiyə qədər sadalanan qanunlara edilən dəyişikliklər tendensiyası göstərir ki, daha çox hüquqi mühitin daralması baş verir və bu qurumlara dövlət nəzarəti gücləndirilir:

“ İndiki halda “Siyasi partiyalar haqqında” yeni qanuna ehtiyac var deyilirsə, ehtimal edirəm ki, eyni tendensiya ilə gedəcək. Necə ki, “Qeyri-hökumət təşkilatları”, “Qrant haqqında” qanunlara edilən dəyişikliklər məhdudlaşdırıcı xarakterli oldu. Məqsəd müdaxilələrin artırılması, nəzarətin gücləndirilməsi, fəaliyyətin məhdudlaşdırılmasıdır. Bu isə ümumilikdə götürdükdə yaxşı heç nə vəd etmir”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button