2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Siyasi xarakterli seksual şantaj…- Rusiya kəşfiyyatı bu üsulu çox sevir

Deyəsən, Tramp prezident seçilməsinə görə peşman olacaq. Qərb mətbuatı onun haqqında çıxan materialların ilk və son olmayacağını, həmçinin bütün bunların ABŞ-ın gələcək prezidentinin siyasi mövqeyinə zərbə endirəcəyi düşüncəsindədir.
Mətbuat Trampın yaxın çevrəsinin Putinin yaxın adamları ilə görüşü zamanı ona bir sıra cazibəli təklif irəli sürdüyünü yazır. Bunlardan biri 2018-ci ilin yayında keçiriləcək futbol üzrə dünya çempionatında gəlirli biznes imkanlarının təqdim edilməsi ilə bağlıdır.
Bundan başqa, həmin görüşlərdə Trampa başqa təkliflərin irəli sürüldüyü bildirilir. Belə ki, gələcək prezidentə Rusiyaya qarşı sanksiyaları götürməsi müqabilində Rusiyanın neft nəhəngi “Rosneft”-də 19%-lik pay vəd olunduğu iddia edilib.
Lakin mətbuatın bu görüşlərdə diqqət çəkdiyi xüsus rusların Trampın önünə təkcə əməkdaşlıq və biznes layihələri irəli sürmədiyi, həmçinin onu seksual xarakterli şantaj yolu ilə təhdid etməsi ilə bağlıdır.
Qeyd olunur ki, Trampın 2013-cü ildə Moskvada keçirilən gözəllik yarışması zamanı otellərdən birində yol verdiyi hərəkətlərə dair rüsvayedici materialların rusların əlində olduğu irəli sürülüb.
Rusların bu cür üsullardan istifadə edə biləcəyi ehtimalı heç onların ekspertlərini də təcrübəndirmir.
Rusiyanın xüsusi xidmət orqanları üzrə mütəxəssislərindən sayılan, məşhur agentura.ru saytının rəhbəri Andrey Soldatovun fikrincə, bütün  bunlar birbaşa Kremlin nəzarəti altında həyata keçirilir.
“ABŞ-ın seçilən prezidentinə qarşı dosyenin dərc olunması Rusiyada tanınmış xadimlərə qarşı şantaj məsədilə məlumat toplanması ilə bağlı geniş tətbiq olunan məlum praktikanı ağla gətirir”- The Wall Street Journal yazır.
“Əlbəttə, şantaj rusların kəşf etdiyi ixtira sayılmasa da kompromatlardan həmişə Rusiyada geniş şəkildə istifadə olunub”, – qəzet qeyd edir.
Kompromat həmçinin digər ölkələrlə diplomatik konfliktlər zamanı işə yarayan üsul olub. Bunun üçün Rusiyaya ezam olunan Qərb diplomatlarını ilk öncə rusların seks-tələlərindən qaçmağı öyrədirlər”, -məqalədə vurğulanır.
Məqalədə rusların 90-cı illərdə daxili siyasətdə bu üsuldan gen-bol istifadə etdiyi yada salınır.
Ən azı Rusiyanın keçmiş baş prokuroru Yuri Skuratovun başına gələnləri xatırlamaq kifayətdir.
Həmin vaxtlarda Skuratov Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin ətrafındakı nüfuzlu şəxslərin, konkret olaraq Boris Berezovski və Pavel Borodinin korrupsiya fəaliyyəti ilə bağlı təhqiqat aparırdı.
Skuratovun öz kitabında da qeyd etdiyi kimi, 1999-cu ilin fevralında həmin vaxt prezident administrasiyasının rəhbəri Nikolay Bordyuja ona iki qadınla saunada çəkilən videogörüntüləri nümayiş etdirib. Bordyuja bu kaseti təsadüfən masasının üstündə tapdığını, lakin Skuratovun dərhal vəzifəsindən istefa etməli olduğunu söyləyib.
Картинки по запросу скуратов прокурор
Həmin ilin martında isə Skuratovla bağlı məlum kadrlar artıq televiziyalarda nümayiş olunurdu.. Haqqında cinayət işi açılan Yuri Skuratov vəzifədən getməyə məcbur edildi.
Skuratov indinin özündə də videonun Boris Yeltsinin əmri ilə FTX tərəfindən mətbuata ötürüldüyü düşüncəsindədir. FTX-yə isə Rusiyanın indiki prezidenti Vladimir Putin rəhbərlik edirdi.
Həmin vaxtdan seksual xarakterli videolar, dinləmələr Rusiyada rejimin tənqidçilərini cəmiyyətin gözündə cinayətkarlara çevirən ən sevimli vasitəyə çevrilib.
Rusiyada müxalifət nümayəndələri və hakimiyyətə qarşı tənqidi münasibət bəsləyən jurnalistlər bu cür üsullarla tez-tez cəzalandırılırlar.
Rusiya müxalifətinin əsas simalarından biri hesab edlən, PARNAS partiyasının sədri Mixail Kasyanovun başına gələn video-“qəza” da bu qəbildəndir.
Картинки по запросу касьянов пелевина
Mətbuat Kasyanovun Rusiyada parlament seçkiləri öncəsi partiyasını ciddi surətdə aktivləşdirdiyini, lakin elə məhz bu ərəfədə onun PARNAS-ın fəalı Nataliya Pelevina ilə çarpayı səhnələrinin Kremlə yaxın NTV kanalında göstərildiyinə diqqət çəkir.
“Videogörüntülürdə Kasyanovun yataqda öz sevgilisi ilə guya müxalifətin indiki vəziyyətini müzakirə etdiyi göstərilir. Lakin ekspertlər bununla bağlı yayılan səsyazmanın proqramlaşdırılmış və saxtalaşdırılmış ola biləcəyini də söyləyirlər, Almaniyanın Die Welt qəzeti yazır.
Mətbuat məhz bu səbəblərdən irəli gələrək BuzzFeed internet portalının yayıdığı dosyedə də Rusiya xüsusi xidmət orqanlarının əlində Donald Trampa qarşı Kasyanovun iştirakı ilə çəkilən “film”dəki kadrlara bənzər materialların ola biləcəyi ehtimalının doğru ola biləcəyi ehtimalını önə sürür.
Vaqif Hüseyn, 
Musavat.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button