2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Siyavuş Novruzov elektrik satışındakı qiymət artımından danışdı

“Bu kimi qərarlar əhalinin gəlirləri nəzərə alınaraq qəbul edilir”

Millət vəkili Siyavuş Novruzov Moderator.az-a açıqlamasında elektrik enerjisinin qiymətinin artırılmasına münasibət bildirib. Oxşar proseslərin digər dünya dövlətlərində də getdiyinə diqqət çəkən millət vəkili, Azərbaycanda qiymət artımlarından öncə əhalinin sosial durumunun, gəlirlərinin nəzərə alındığını, yalnız bundan sonra qiymət artımı ilə bağlı hansısa qərarların qəbul edildiyini vurğğulayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda bu kimi məsələlərlə hərtərəfli ölçülüb-biçilir. Nazirlər Kabinetində bununla bağlı xüsusi komissiya var. Bu komissiya bütün detalları nəzərə alaraq yekun qərar qəbul edir. Dünyanın hər yerində bu cür proseslər baş verir. Azərbaycan da istisna deyil. Enerji daşıyıcıları, digər sosial məsələlərlə bağlı dünya dövlətlərində də oxşar addımlar atılır. Azərbaycanda isə bu kimi məsələlər daha ətraflı araşdırılır, insanların gəlirləri nəzərə alınır və yalnız bundan sonra bu cür qərarlar alınır. Bu zaman sosial müdafiəyə ehtiyacı olan insanlar faktoruna da diqqət yetirilir. Yəni bu kimi qərarlar məqbul hesab edildiyi zaman qəbul edilir”.

 

Seymur Əliyev

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button