2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Siyavuş Novruzov Milli Şuranı erməni lobbisi ilə əməkdaşlıqda ittiham etdi

Nurəddin Məmmədli: “Onu Azərbaycanda qeyri-ciddi adam kimi tanıyırlar”

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov aprelin 9-na mitinq təyin edən Milli Şuranı “dərnək” və “sosial bazası” olmayan qurum adlandırıb. 

O, hesab edir ki, bu qurum nə təşkilat olan vaxtı özünü doğrultdu, dəstək qazana bildi, nə də ondan sonrakı dövrdə. Ona görə də keçirdikləri mitinq cəmiyyət tərəfindən dəstək qazana bilməz.

YAP-çı deputatın sözlərinə görə, Milli Şurada olan partiyaların böyük hissəsi oranı tərk edib, bir-iki təşkilat qalıb və nəticədə Şura mənasız birliyə çevrilib (report.az).

S.Novruzov iddia edir ki, Milli Şurada toplaşanların böyük əksəriyyəti ayrı-ayrı ölkələrin diktəsi ilə hərəkət edən insanlardı: “Ona görə ki, maddi dəstək alırlar. Onlar “Siyası məhbus” adı altında sənəd verərək pul almaqdan tutmuş, bütün anti-Azərbaycan mövqeyində olan qüvvələrin dəstəklənməsinə qədər hər cür hərəkət edirlər. Bu da cəmiyyətin gözü qarşısındadır. Təbii ki, insanlar onlara dəstək verməyəcəklər. Çünki onların məqsədləri, maraqları bəllidir. Ermənistanda baş verən hadisələr, ictimai-siyasi sabitliyin pozulması, seçkiöncəsi anti-demokratik mühit, seçicilərin pulla ələ alınması, namizədlərə qarşı təzyiqlər, həbslər, ölümlə hədələmələr fonunda Azərbaycanda nələrisə qarışdırmağa çalışırlar. Göstərməyə çalışırlar ki, Azərbaycanda da guya vəziyyət çətindir. Erməni lobbisi öz əlaltılarına 5-10 manat pul verərək mitinq keçirmək göstərişi verir. Qərbə və Ermənistan cəmiyyətinə göstərməyə çalışırlar ki, baxın, siz kimlə Dağlıq Qarabağ problemini həll edərək iqtisadi əməkdaşlıq qurmaq istəyirsiniz. Yəni guya Azərbaycanın özündə bu gün ciddi problemlər var, müxalifət də mitinq keçirir. Mitinq keçirilməsinin əsas səbəbi budur”.

YAP rəsmisi qeyd edib ki, mitinqin keçirilməsi üçün heç bir sosial sifariş yoxdur: “Sosial sifarişi onlara kim verib? Bunların cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Virtual məkan cəmiyyət demək deyil. Xaricdə kimsə bunlarla “Həsən”, Hüseyn” adından yazışırsa, bu, cəmiyyətin nümayəndəsi demək deyil. Onlar cəmiyyət arasına çıxa bilmir, çünki qəbul olunmurlar. Xalq onlara mandat verməyib ki, kiminsə adından danışsınlar. Özləri öz adları ilə danışa bilmir… Misal üçün, Azərbaycan Xalq Cəbhəsi Partiyası 3-4 yerə parçalanıb, sədr müavinləri rəhbərlik etmək iddiasına düşüblər. Ümumiyyətlə, Əli Kərimlinin 5-6 qohum-əqrabasından başqa həmin təşkilatda adam qalmayıb. Ona görə də özünü Milli Şuraya qoşub ki, guya mübarizə aparır. Deyirlər, mitinq sifarişdir. Bəli, erməni lobbisinin sifarişidir. Yəni cəmiyyət heç bir sifariş verməyib. Azərbaycanı istəməyən, ermənipərəst qüvvələr sifariş veriblər. Onlar da sifarişi yerinə yetirirlər.

Deputat Azərbaycan hökumətinin, cəmiyyətinin prezident İlham Əliyevin rəhbərliyilə qeyri-neft sektorunu inkişaf etdirdiyini deyib:

“Bilirsiz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin işə cəlb edilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması və yeni mənzillərlə təmin olunması ilə bağlı tapşırıqlarını verib. Hökumət bu işlərlə məşğuldur. Cəmiyyət 150 adamın mitinq keçirərək qışqırmasını sifariş etmir”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli Siyavuş Novruzovu qeyri-ciddi adam hesab edərək bildirib ki, YAP-çı fəaliyyəti dövründə hüquqa və siyasi gedişata uyğun olmayan fikirlər səsləndirib: 

“Onu Azərbaycanda qeyri-ciddi adam kimi tanıyırlar. Bu mənada YAP-çının dediklərindən də bəlli olur ki, hakimiyyətin bütün dairələrində mitinq narahatlığı açıq hiss olunur. Narahatlıq o səviyyədədir ki, martın 30-dan başlayaraq, 3 aydır dondurulan ünvanlı sosial yardım verilir. Halbuki İlham Əliyevin ətrafı ünvanlı sosial yardımın ləğv olunması barədə fikirlər səsləndirirdilər. Yaxud yumurtanın qiyməti 17 qəpikdən 8 qəpiyə düşüb. Əgər Milli Şura normal mitinq keçirə bilsə, ictimaiyyət çağırışa adekvat reaksiya versə, sosial xarakterli yeni güzəştlərin olacağı da şübhəsizdir. Çünki hakimiyyət xalqa nələr etdiyinin fərqindədir. Ona görə Siyavuş Novruzov kimilərinin dediklərinə diqqət yetirmədən mitinq hazırlıqları davam etdirilməlidir”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button