Now Reading:
Siyavuş Novruzov növbədənkənar seçkilərə belə üsyan etmişdi – FOTO

24saat.org saytı xəbər verir ki, 15 dekabr 2017-ci il tarixində Milli Məclisdə çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə edilən dəyişikliklərdən danışan jurnalist Sevinc Osmanqızının “mart ayının ortalarında növbədənkənar seçkilər olacaq” deməsinə üsyan etmişdi. 24saat.org saytı olaraq hakimiyyətə yaxın saytlar vasitəsiylə tirajlanan həmin yazını təqdim edirik:

***

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı bəzi şəxslərin növbədənkənar seçkinin keçiriləcəyi barədə məlumatlar yayaraq, vətəndaşları çaşdırdığını bildirib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsində çıxış edən S. Novruzov bildirib ki, Amerikada yaşayan Sevinc Osmanqızı şayiə yayır ki, Azərbaycanda mart ayının ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır.

“Bu, təxribatdır və o, təxribatla məşğuldur. Qanunda göstərilib ki, prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. Hər fikirdən yanlış nəticələr çıxarıb, yanlış xəbərlər yayırlar, biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik”, – deyə, S. Novruzov bildirib.

Tarix: 15 dekabr 2017

Xatırladırıq ki, bu gün ölkə başçısı İlham Əliyev 11 aprel 2018-ci il tarixində növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.