2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Siyavuş Novruzovdan amnistiya təklifi

Mili Məclisinin iclasında deputat deputat Siyavuş Novruzov böyük amnistiya aktı təklif edib. Bizimyol.info bildirir ki, o, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə yanaşı mərhum prezident Heydər Əliyevin də anadan olmasının da 95 illiyi olduğunu deyib. Deputat bununla bağlı da tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb.

O, hər iki əlamətdar hadisə ilə əlaqədar amnistiya aktının imzalanmasını və bu amnistiya aktı digərlərindən fərqlənməli olduğunu deyib. “Amnistiya aktında ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə, yaşı 60-ı keçmiş qadınlara, həmçinin himayəsində azyaşlı uşaqları olanalra şamil olunsun. Bu gün onlarla uşaq özlərindən asılı olmayaraq məhkumluq həyatı yaşayır və biz potensial cinayətkarı yetirşdiririk. Bundan başqa, yaşı 70-dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmayan bütün dindar şəxslərə şamil olunmalıdır”.

S.Novruzov Müxtəlif radikal müxalifət qurumlarınn, ayxud ayrı-ayrı qrupların təsiri altına düşən gəncləruin də azad edilməsini təklif edib. “Xaricdə müxtəlif quruplar var ki, Azərbaycana insan hüquqları, siyasi məhbus bəhanəsi ilə təzyiqlər edirlər, böhtan atlırlar, sui- istifadə edirlər. Onların qarayraxmalarını kəsməkdən ötrü bu cür adamların hamısı ilə bağlı məsələyə son qoyaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Spiker Oqtay Əsədov isə bildirib ki amnistiya akrə maddələrlə üzrə olur. “Siyavuş müəllim, sizin dediyiniz şəxsləri əfv etmək cənab prezidentin səlahiyyətindədir.

Deputat Tahir Kərimli və Qüdrət Həsənquliyev amnistiya aktının imzalanmasını dəstəkləyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button