2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Siz yaşınıza görə gümrahsınızmı?

“The Telegraph” qəzetinin başqa bir məqaləsində sağlamlıq eksperti Tim Wright qeyd edir ki, idman və gümrahlıq təkcə sağlamlığa xidmət etmir, o həm də qocalmanı ləngidir.

Lakin bununla belə hər yaşın öz “gümrahlıq normativləri” var, deyir ekspert.

20 yaşlarında olanlar 5 kilometrlik məsafəni 30 dəqiqəyə qaça bilməli, bir dəfəyə 20 dəfə pres etməyi bacarmalıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

30 yaşdakılar 1,6 kilometr məsafəni 9 dəqiqədən də az vaxtda qaçmağı bacarmalıdırlar. Bundan başqa, bu yaşda olanların 45 saniyə müddətində “plank” saxlaya bilməsi vacibdir. İngilislər ayaq barmaqlarının ucu və qol dirsəklərinin üstündə qarın yerə dəymədən uzanmağı “plank” adlandırırlar. Bu yaşda çəkinizin 50 faizi ağırlığında olan ştanqı qaldıra bilməlisiniz.

40 yaşlarında dayanmadan 60 saniyə qaça, on dəfə pres edə bilməlisiniz.

50 yaşlarında da 60 saniyə dayanmadan qaçmaq lazımdır, amma bir qədər yavaş sürətlə.

5 dəfə pres etmək kifayətdir.

60 yaşlarınızda günə 10 min addım atmalısınız. Bundan başqa bir qolunuzu çiyninizin üstündən aşırmaqla, o birini belinizin arxasında tutmaqla barmaq uclarını birləşdirə bilməlisiniz.

70 yaşlarında 1,6 kilometri 16 dəqiqəyə qət edən şəxsi “cavan oğlan” hesab eləmək olar. Bir şərtlə ki, o həm də 10 pillələni 30 saniyədə rahatca qalxa bilsin. Bundan başqa əlinizin köməyi olmadan stuldan ayağa qalxıb təkrar oturmalısınız. Bunu 30 saniyədə 12 dəfə edə bilsəniz, deməli işlər o qədər də pis deyil.

(bbc azəri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button