2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sizi telefonunuzdan asılı edən şey

2015-ci ildə 28 yaşlı Max Stossel-n ağlına bir fikir gəlir. O, böyük beynəlxalq şirkətlər ilə işləyən sosial media strategiya mütəxəssisi idi.

Lakin, eyni ildə o deyir “anladım kı, gördüyüm işin bir hissəsi bir elə də insanlara maraqlı deyil.”

Saytların yığılması Saytlarin yigilmasi

Stossel həmin vaxtdan Time Well Spent (Səmərəli Keçən Vaxt) adlı hərəkatın mühüm hissəsinə çevrilib. Hərəkatın məqsədi, “texnologiyanı bəşəri dəyərlərimiz ilə eyniləşdirməkdir.”

Time Well Spent-n digər həmtəsisçisi, Google-n keçmiş üzvü Tristan Harris-dir. Hərəkat, “bir qrup sənaye üzvlərindən” ibarətdir. Onların əksəriyyəti Facebook və Snapchat kimi şirkətlərdə işləyən, amma, özlərini burada tapa bilməyənlərdir.

Keçən il rabitə tənzimləyici şirkəti olan Ofcom müəyyənləşdirib ki, Britaniyada internet istifadəçilərinin yarıdan çoxu, internetdən asılı olduqlarını düşünür.

“Telefonlarımızdan asılı olduğumuz və bunun səbəbkarlarının da özümüz olduğu ideyası mövcuddur,” Stossel deyir.

“Bu, tamamilə yanlış fikirdir.”

Strossel izah edir ki, texnoloji dizayn davranış psixologiyası və nevrologiyadan qaynaqlanır.

Tristan Harris, “rəqəmsal məhsullar necə dizayn olunmalıdır ki, insan davranışını dəyişsin və təsir göstərsin” mövzusu üzrə fəaliyyət göstərən Stanford-n İnandırıcı Texnoloji Laboratoriyasında təhsil alıb.

“Nevrologiyanı biləndən sonra, beyini proqramlaşdıracaq tətbiqetmə proqramları yaratmaq mümkündür,” Stossel deyir.

“Ekranın digər tərəfində sizi daha asılı saxlamaq üçün çalışan minlərlə insanlar var və onlar bu işi uğurla bacarırlar.”

Mən Stossel-dən bu insanların nə dərəcədə bacarıqlı olduğunu soruşuram.

Göstərişləri özüm idarə edirəm, əmrləri mən verirəm, əksi necə mümkündür ki?

O isə qarşıma sadə bir sual qoyur: “Telefonun yanında olmayan zaman səsi gəldikdə özünü narahat hiss edirsənmi?”

Hm. Hə. Qarşısıalınmaz maraq, azacıq narahatçılıq.

Telefona baxmadıqca bu narahatçılıqlar artır – həmin hisslərlə yaxşı tanışam.

Diqqətimi bu cür məşğul saxlamaq, “işlədiyim sənaye üzrə hər kəsin peşəsidir”.

Yəni, texnoloji dizaynın məqsədi, beynimizin mükafat sistemindən istifadə etməkdir. Belə olduqda, dopamin aktivləşir və məmnuniyyət və həzz kimi hisslər yaranır.

Beyinlərimiz bu həzzin bəxş etdiyi şeyləri axtarır.

Bu o dərəcədə çox olur ki, ona susayırıq. Narkotik maddə və ya müəyyən qidalara qarşı istək yaradan sistem, müəyyən proqramlar, səhifələr və alətlərə də qarşı eyni həvəsi yaradır.

Lakin, Time Well Spent inanır ki, bu problem yalnız texnoloji deyil. Stossel, məzmunun yaradılma formasının da buna birbaşa təsirini göstərir.

“Problem bunun hər yerdə və hər zaman olmasındadır,” o deyir.

“Yaşadığımız həyatın hər anında.”

Həyat, “diqqət iqtisadiyyatına” çevrilib, Stossel söyləyir.

“Hamı mümkün qədər çox diqqət cəlb etməyə çalışır. Mən, insanı öz dünyasından ayırıb öz dünyama saldığım xəbərdarlıq formaları yaratmaqla məşğul idim.”

Strossel təkid edir ki, texnologiyanın müştəriləri istifadəçilər yox, satılan məhsullardır yəni, satın alınan diqqətimizdir.

Ancaq, bir çox reklam şirkətləri bu platformalara külli miqdarda pul verir ki, bizim diqqətimizi cəlb etsin.

“Pulu ödəyən biz deyilik, buna görə də bizi maraqlandıran şeylər, reklamçılar üçün ikinci plana keçir,” Stossel deyir.

“Və bu, önəmli bir hadisədir.”

Strossel-ə görə, bu, texnologiya sahibləri ilə onu istifadə edənlərin – yəni biz – məqsədləri arasında əsaslı uyğunsuzluq yaradır.

Texnologiya dünyasında uğur adətən “sərf edilən zamanla” ölçülür – yəni bizim proqramdan istifadə etdiyimiz, xidmətdən yararlandığımız və ya səhifəni gözdən keçirdiyimiz vaxt.

Məsələn, Strossel deyir ki, tanışlıq proqramları uğuru sizin səhifələri vərəqləməyiniz ilə ölçür. Bəs proqramdan istifadə edən insanın məqsədi budurmu?”

Digər bir misal isə müəyyən platformalarin istifadə etdiyi videoların avto-izləmə üsuludur. Bu, insanların internetdə daha çox vaxt sərf etməyə vadar edir.

Lakin, Strossel deyir ki, “İnsanların məqsədi internetdə uzun müddət vaxt keçirmək deyil.”

2016-cı ildə psixologiya üzrə professor Alejandro Lleras bir araşdırmasını dərc edir. Araşdırmada o müəyyənləşdirmişdi ki, mobil telefon və internetdə bağlılıq, “narahatlıq və depressiya ilə əlaqədardır”.

Stossel inanır ki, diqqətimizin cəlb etmək üçün yaradılan bu fasiləsiz səs-küy, bizim daha mühüm şeylərdən yayındırır.

“Biz dayanmadan yayınırıq,” o davam edir. Belə olduqda, məsələn, iqlim dəyişikliyi kimi böyük məsələlərə necə diqqət ayıra bilərik?”

Baş verənləri dəyişmək gücü ağlasığmaz dərəcədə “ekranlarımızın arxasındakı” insanlardan asılıdır – istifadə etdiyimiz proqramları, oyunları, platformaları və alətləri yaradanlardan.

“Burada etika kodu da nəzərə alınmalıdır,” Stossel inanır.

“Dizaynerlər öhdəliklərini – insanların qərarlarına etdikləri təsiri – ciddiyə almalıdırlar.”

Time Well Spent hazırda texnologiya dizaynerləri üçün bir növ Hippokrat üsulu yollar hazırlayır, Stossel mənə deyir. Bu, həkimlərin xəstəyə qayğı ilə yanaşmasına bənzəyir.

Hərəkat dizaynerləri yaxşı məzmun yaratmaq üçün rəsmi andiçməyə səsləyən kampaniya irəli sürür.

Onların məqsədi etik dəyərlər əsasında proqram təminatı yaratmaqdır. Bu dəyərlər isə sertifikatlaşdırılmış formada müəyyənləşəcək. Eynən organic (təbii) qida kimi.

Stossel ilə görüşümdən sonrakı günlərdə mən fikir verirəm ki, tanımadığım insanların Instagram hekayələrinə baxaraq vaxtımı boşa keçirirəm.

Ən pisi isə, yatmamışdan öncə Facebook-a baxa-baxa keçirdiyim mənasız vaxtdır (buna görə səhər yuxudan çətinliklə ayıldığıma görə keçirdiyim əsəbi vurğulamadan keçə bilmərəm).

Time Well Spent-n qayəsini indi anlaya bilirəm.

Amma, dəyişikliyin qədərinə nəzər saldıqda, onların uğrunda mübarizə apardıqları şeyin həyata keçməyəcəyindən ehtiyat edirəm.

“Bu, kifayət qədər mümkün bir şeydir,” Stossel düşünür.

“Ən çətin məsələ istifadəçilərdə buna ehtiyac yaratmaqdır.”

O, texnologiyanın diqqətimizə daha səmərəli şəkildə təsir edəcəyinə inanır.

“VR, AR və daha təkmil süni intellekt növləri yaradılmaqdadır,” o deyir.

“Gələcəkdə bunlar daha yaxşı inkişaf edəcək. Ona görə də bu dəyişikliyi indi etmək məcburiyyətindəyik.”

Bu dəyişikliyə gedən yolda Time Well Spent-n həmtəsisçisi Tristan Harris müəyyən “yardım” xarakterli işlərin tətbiqinə başlayıb.

Buraya daha rahat yaşamaq üçün həyat tərzi dəyişiklikləri daxildir:

O, demək olar ki, telefonundakı bütün xəbərdarlıq mesajlarını söndürüb və ismarışlar üçün telefonda vibrasiyanı aktivləşdirib.

O, telefonun ilk ekranında az vaxt sərf etdiyi Uber və ya Google Maps kimi proqramlar saxlayıb.

O, vaxt keçirməyə meylli olduğu və ya rəngarəng proqramları və diqqət cəlb edən nişanları telefonunun ikinci ekranında bir qovluğa yerləşdirib.

Hər hansısa proqramı açmaq üçün o, həmin proqramın adını telefonun axtarış bölməsinə daxil edir ki, barmağı qeyri-iradi başqa bir şeyə toxunmasın.

O həmçinin, dizüstü kompüterinə bir qeyd yapışdırıb. Orada nə yazılıb?

“İşin yoxdursa açma.” (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button