2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Skandinaviya ölkələrinin iqtisadi siyasəti

Fəxrəddin Mehdiyev

Tanınmış vəkil Fəxrəddin Mehdiyevin “Alatoran” nəşriyyatında yenicə çapdan çıxmış “SİYASİ SİSTEMİN İSVEÇ-SKANDİNAVİYA MODELİ” kitabından mövzuların təqdimatını davam etdirik. Bu dəfə Skandinaviya ölkələrinin iqtisadi sahədə qazandığı uğurların əsasını təşkil edən iqtisadi modellərin xarakterik xüsusiyyətləri ilə oxucularımızı tanış edirik.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadi sistem-  cəmiyyətin  maddi əsasını təşkil edən iqtisadi institut və münasibətlərin məcmusudur.

İnkişaf etmiş ölkələrdə  bazar iqtisadiyyatında dövlətin iştirakının səviyyəsindən aslı olaraq liberal, sosial yönümlü, sosial demokratik yönümlü modelləri  fərqləndirlir.  Liberal model  üçün xususi mülkiyyətin mütləq üstünlüyü, bazar subyektlərinin maksimum azadlığının qanunvericilik   təminatı, iqtisadiyyata  dövlət müdaxiləsinin  məhdudlaşdırlması və s. xarakterikdir.

Sosial yönümlü iqtisadiyyata  dövlət mülkiyyətinin payının kifayət qədər yüksək olduğu qarışıq iqtisadiyyat, əhalinin sosial müdafiəsi  sistemində dövlətin aparıcı  rolu və bu məqsədlər üçün  böyük dövlət xərclərinin mövcudluğu xasdır.

Sosial-demokratik model sosial yönümlü iqtisadi modelə yaxındır, eyni zamanda  bazar iqtisadiyyatında sosiallaşma səviyyəsi yüksəkdir.  Həmin modelin fərləndirici xususiyyətlərinə:  dövlət sektoru struktrunda   sosial təyinatlı obyektlərin  üstünlüyü,  büdcə vəsaitlərinin ÜDM  yüksəkliyi (50%-dən yuxarı)  büdcənin məxaric hissəsində sosial sahənin maliyyələşdirlməsi üzrə maddələrin dominantlığı,  işsizliyin minumumlaşdırlması,  istehsalat demokratiyası sisteminin inkişafı.  Belə bir model  ədəbiyyatda İsveç-Skandinaviya modeli kimi tanınır.

Qeyd edildiyi kimi bu modelin əsas xususiyyəti sosial  istiqamətli olmasıdır: Sosial  bərabərsizliyin  azaldılması, əhalinin az təminantlı təbəqəsinin güclü sosial təminatı və sosial müdafiəsi.

İsveç əhalisi yüksək həyat səviyyəsi və vətəndaşların hüquqlarının yüksək dərəcədə qorunmasına görə  xususilə seçilir. Burada son 110 ildən çoxdur ki, milli məhsul orta hesabla ildə 2,5 faiz artmaqda davam edir. İsveç modeli işsizliyin çox az olması ilə fərqlənir (2 faizdən yuxarı qalxmır). İsveç modeli yüksək vergi dərəcələri ilə də digər inkişaf etmiş  ölkələrdən fərqlənir. Məhz yüksək gəlirlərdən tutulan vergilər hesabına əhalinin müxtəlif təbəqələrinin gəlirləri arasındakı fərq minumuma endirlmişdir. Burada iqtisadi artım yüksək  məşğulluqla müşayiət olunur.  Əmək məhsuldarlığı yüksəkdir və İsveç firmaları dünya bazarlarında uğurla rəqabət aparmaq qabiliyyətinə malikdir.   İqtisadiyyatda dövlət bölməsi yüksəkdir və burada xidmətlər pulsuzdur. Dövlət qiymətqoyma prosesinə tez-tez müdaxilə edir.

Skandinaviya ölkələrinin milli təsərrüfatının sahəvi strukturu müasir  inkişaf etmiş ölkələrin iqtisadi strukturuna uyğundur.  Belə ki, ÜDM-də   Kənd təsərrüfatının payı 2-4%. emal sənayesi və tikintinin  payı   25-30%,   xidmət sahəsinin payı  65-75%-dir.

Beləliklə, ÜDM-də   elmtutumlu sahələrinin  əhəmiyyəti artır.

Skandinaviya ölkələrində əmək ehtiyyatları yüksək keyfiyyətləri-  təhsil səviyyəsi,   peşə-ixtisas hazırlıqları ilə fərqlənirlər.  Ona görə də işçi qüvvəsinin dəyəri çox yüksəkdir.  Eyni zamanda qadınların əmək fəallığı, zehni əmək işçiləri arasında qadınların sayı  çoxdur.

Sosial- iqtisadi inkişafın şərtləndirən amillərdən biri də Skandinaviya ölkələrində investisiya fakorudur,  yığım norması  yüksəkdir. Xüsusi ilə Norveç və Finlandiyada bu 25-30% təşkil edir.

Skandinaviya ölkələrinin ÜDM  də  elmi – tədqiqat təcrübi – konstruktor işlərinə xərclərin   payı daim artır.  Həmin göstərici üzrə İsraildən (4,4%) sonra İsveç(3,9%), Finlandiya(3,5%)  liderlik edirlər. Elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin maliyyələşdirlməsində dövlətin payı çox yüksəkdir ( 40-50%) Skandinaviya ölkələrində daha çox tətbiqi-tədqiqatlar inkişaf edir.  Elmi-texniki tərəqinin bəzi istiqamətləri üzrə Skandinaviya ölkələri liderlik edir. Məsələn,  Danimarka yeyinti senayesi üçün avadanlığların istehsalında, Norveç  neft hasilatı və neft emalı avadanlığlarının yeni nəslinin işlənib hazırlanmasında, Finlandiya mobil  telefonların, İsveç  robotların istehsalında və s.

Skandinaviya ölkələrinin sahibkarlıq strukturnda kiçik və orta biznes böyük rol oynayır.  Skandinaviyada kiçik firmalara  100 şəxsin işlədiyi şirkətlər, orta şirkətlərə  100- 499 şəxsin işlədiyi şirkətlər,  iri şirkətlərə isə 500 dən yuxarı şəxsin işlədiyi şirkətlər aid edilir. Kiçik və orta müəssisələr sahibkarlıq strukturunun mobil elementi kimi daha çox xidmət sahəsində fəaliyyət göstərirlər. Kiçik və orta sahibkarlığa dövlət tərəfindən xüsusi işlənmiş məqsədli proqramlar vasitəsi ilə kömək olunur.  Sahibkarlıq sahəsində kooperativ sektorun da mövqeyi güclüdür. Kooperativ birliklər kənd təsərüfatı, ticarət, mənzil tikintisi sahələri üzrə geniş yayılmışdır.

İqtisadiyyata dövlət tənzimlənməsindən danışarkən dövlət mülkiyyətini və dövlət sektorunu fərqləndirmək lazımdır. Dövlət mülkiyyətinin payı yalnız  Finlandiyada  əhəmiyyətli dərəcədə mövcuddur.  Finlandiya, İsveç və Norveçdə mövcud olan dövlət şirkətləri iqtisadiyyatın ayrı-ayrı sahələrində aktiv  istifadə olunur. Dövlət  sektrounun payı isə bütün Skandinaviya ölkələrində yüksəkdir. ÜDM-də  dövlət xərclərinin payına görə  İsveç, Danimarka, Finlandiya dünyanın inkişaf etmiş ölkələrindən irəli çıxaraq  birinci üç yeri tuturlar.  (hazırki  vaxtda bu göstərici müvafiq olaraq 66%, 61% və 56%).  Müqayisə üçün  analoji məlumatlar digər ölkələr üzrə belədir:  Böyük Britaniya 42%,  ABŞ 36%, Yaponiya 27%-dir.

Skandinaviya ölkələrində təhsil, səhiyyə, pensiya təminatı və s. mühüm sahələrdə, eləcə də  əmək bazarında işçi qüvvələrinin   təliminin və yenidən ixtisaslaşdırlmasının maliyyələləşdirlməsində  yeni iş yerlərinin yaradılması, məşğulluq xidmətinin təşkili və s.   dövlət fəal iştirak edir.

Skandinaviya ölkələrində  ənənəvi olaraq vergi tutmasının səviyyəsi digər inkişaf etmiş ölkələrdən  çox yüksəkdir. İsveç bu göstəricilər üzrə dünyada  aparıcı  yeri tutur.

Qloballaşma ilə əlaqədar  yeni tarixi şəraitdə Skandinaviya ölkələrinin iqtisadi siyasətində  dəyişikliklər baş verir.  Lakin  bütün hallarda insan faktoru əsas götürülür.  İqtisadi siyasətə dəyişiklik edərkən dövlət iqtisadiyyatdan tamamilə  getmir, yalnız dövlət tənzimlənməsinin vektorlarını dəyişir.  Əgər dövlət əvvəllər daha çox sosial vəsifələrin yerinə yetirilməsinin üzərinə götürürdüsə, hazırda dövlət prioritet  vəzifə kimi  iqtisadiyyatın modernizasiyasını götürür.   Məsələn,  İsveç açıq iqtisadiyyat prinsipinə sadiq qalaraq Ümumdünya  Ticarət Təşkilatının (ÜTT), Beynəlxalq Valyuta Fondunun (BVF), İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT),  Avropa İttifaqının (Aİ)   və s.  üzvüdür. Qlobal dünyada iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirmək üçün xarici iqtisadi strategiyasını işləyib hazırlayır, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin mükəmməl qanunvericilik bazasını yaradır, Elmi-tədqiqat təcrubi konstruktor işlərini  həvəsləndirir,  investisya siyasətinin istiqamətlərini işləyib hazırlayır və bütün bunların əsasında milli təsərüfatın inkişafının prioritetlərini müəyyənləşdirir.

Müasir İsveç iqtisadi modeli innovasiya iqtisadiyyatının yaradılmasına əsaslanır, cəmiyyətdə demokratik azadlıqlar saxlanılmaqla  sahibkarlıq sektoru fəallaşdırlır. Xüsusi sektor əhalinin sosial təminatlarının bir çox funksiyalarını öz üzərinə götürür.  Dövlətin müdafiəsinə əsaslanaraq xüsusi sektor innovasiya fəaliyyətində fəal rol oynayır.  Dövlət isə əhalinin sosial müdafiəsi prinsipini və  rifah səviyyəsinin saxlanılmasını yerinə yetirməklə eyni zamanda iqtisadi resurslarını mərkəzləşdirməklə innovasiya inkişaf yolunu seçir və bununla da Avropa və dünyanın iqtisadi məkanına inteqrasiya uğurla aparır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button