Bizim tərcüməDünya

Skandinaviya ölkəsindən əlamətdar qərar: Rusiya ilə sərhədlərini hasarlamağa başladılar!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra təhlükəsizlik tədbirlərini artıran Finlandiya, Rusiya sərhədində çəkilməsi planlaşdırılan 200 kilometrlik hasarın tikintisinə başlayıb. Finlandiya Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada ölkənin şərqində Rusiya sərhədində yerləşən İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın qurulması üçün meşə təmizləmə işlərinə başlanıldığı bildirilib.

Açıqlamada yolun tikintisi və hasar çəkilişinə gələn ay başlanacağı, 3 kilometrlik pilot layihənin iyunun sonunadək başa çatdırılmasının gözlənildiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Pilot tətbiqdən sonra əsasən cənub-şərqdə olan 70 kilometrlik hasarın tikintisini 2025-ci ilə qədər tamamlamağı hədəfləyən Finlandiya təxminən 380 milyon avroya Rusiya ilə 1300 kilometrlik sərhədinin 200 kilometrini hasarlamağı planlaşdırır.

Gecəgörmə kameraları, işıqlar və dinamiklərlə təchiz olunacaq hasarın xüsusilə həssas yerlərdə hündürlüyünün 3 metrdən çox olacağı gözlənilir. Finlandiya sərhədləri hazırda heyvanların yanlış tərəfə keçməsinin qarşısını almaq üçün hazırlanmış yüngül taxta hasarlarla əhatə olunub.

Rusiyada verilən səfərbərlik əmrindən sonra qonşu ölkələr rus axını ilə üzləşdi. Estoniya, Latviya və Polşa da Rusiya ilə sərhədlərində təhlükəsizliyi artırıb. (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button