2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Slava Ukraine!’ şüarına görə hərbi əsirin güllələnməsində Rusiya hərbçiləri ittiham olunur

Ukraynanın Təhlükəsizlik Xidməti sosial mediada “Slava Ukraine!” qışqıran silahsız əsirin ehtimal olunan qətlinə görə cinayət işi açıb. Bu haqda ölkənin baş prokuroru Aleksey Kostin məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna və Rusiyanın Telegram kanallarında yayılan videoda hərbi formada silahsız bir kişi meşədə dayanıb, siqaretini çəkib qurtarandan sonra “Slava Ukraine!” qışqırır. Bundan sonra ona avtomat silahdan atəş açılır və o, yerə yıxılır. Videonun harada, nə zaman çəkildiyi bəlli deyil. Öldürüldüyü bildirilən şəxsin kimliyi də aydın deyil.

Xarici İşlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğunu baş verənləri araşdırmağa çağırıb.

“Silahsız ukraynalı hərbi əsirin ‘Slava Ukraine!’ qışqırdığına görə rusiyalı hərbçilər tərəfindən qətlə yetirilməsinin videosu dəhşətlidir. Bu, müharibənin soyqırımı olmasına daha bir sübutdur. BCM-nin prokuroru Karin Xanın bu dəhşətli hərbi cinayəti Beynəlxalq Cinayət Məhkəməsi çərçivəsində araşdırmağa başlaması çox vacibdir. Təqsirkarlar ədalət məhkəməsi qarşısına çıxarılmalıdır”, – o yazıb.

Ukraynanın ombudsmanı Dmitri Lubinets deyib ki, videonu ölkənin beynəlxalq tərəfdaşlarına və digər ölkələrdəki həmkarlarına göndərib.

Prezident Volodimir Zelenski isə video haqda belə yazıb: “Bu gün işğalçıların cəsarətlə onların gözlərinin içinə ‘Slava Ukraine!’ deyən hərbçini vəhşicəsinə öldürməsinin videosu yayılıb. İstəyirəm ki, hamımız birlikdə onun sözlərinə cavab verək: ‘Qəhrəmanlara eşq olsun! Ukraine slava!’ Biz qatilləri tapacağıq”.

Hər iki tərəfdən əsir düşən silahsız hərbçilərin qətl videosu ilk dəfə deyil yayılır. Onların hər birində tərəflər bir-birini hərbi cinayətlərdə ittiham ediblər.

Ukrayna hakimiyyəti öz ordusunun hərbçilərinin törətdiyi mümkün cinayət hallarını araşdırmaq vədi verib. Rusiya hakim orqanları isə ukraynalı hərbçilərin öldürülməsi videolarını şərh etməyib.

24 saat” “
‘Slava Ukraine!’ şüarına görə hərbi əsirin güllələnməsində Rusiya hərbçiləri ittiham olunur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button