2022-12-17 00:42:46
Slovakiyada baş nazir Eduard Heqerin 3-partiyalı azlıq hökuməti parlamentdəki etimad səsini itirərək çökdü. Baş nazir Edvart Heqer etimadsızlıq səsverməsindən sonra istefa ərizəsini prezident Çaputovaya rəsmi şəkildə təqdim edib. Mövcud hökumətə növbədənkənar seçkilərə qədər vaxt təyin edən Çaputova, növbədənkənar seçkilərin tez bir zamanda keçirilməli olduğunu bəyan edib. Növbədənkənar seçkilərin keçirilməsi üçün parlamentin üçdə ikisi bu qərarı dəstəkləməlidir. Slovakiyada növbəti parlament seçkiləri 2024-cü ilin fevralına təyin edilib. Slovakiyada SaS daxil olmaqla 4 partiyalı koalisiya 2020-ci ildə hakimiyyətə gəlib.
Tərcümə“24 SAAT”