Now Reading:
Smartfondan asılılıq beyini dəyişir

Şimali Amerikanın Radioloji Cəmiyyətinin alimləri illik yığıncaq zamanı bildiriblər ki, smartfonlardan həddən çox istifadə bir sıra psixoloji pozğunluqlara yol açır. Bundan başqa, bəzi hallarda bu, insan beynində dəyişikliklərə səbəb ola bilər. Müxtəlif tədqiqatların nəticələri bu deyilənləri sübut edir.
Cumhuriyyet.net ICTnews-a istinadən bildirir ki, tədqiqat zamanı smartfon və internetə çox bağlı olan 19 yeniyetmənin (orta yaş 15,9) beyninin öyrənilməsi üçün maqnit-rezonans spektroskopiyadan istifadə edilib. Müqayisə kimi həmin sayda eyni yaşlı iştirakçılar seçilib.

Toplanmış nəticələrə əsaslanaraq Seulda fəaliyyət göstərən Koreya Neyroradioloji Universitetinin professoru Xyunq Suk Seo aşkar edib ki, smartfonlardan asılı olan yeniyetmələrdə depressiya, həyəcan, yuxusuzluq və impulsivlik əlamətləri daha çox özünü büruzə verir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.