ÖLKƏ

Smartfonlar yuxuya təsir edə bilər


Həkim-somnoloq Maksim Novikov smartfonların yuxuya təsiri barədə danışıb.

 

Onun sözlərinə görə, yatmadan bir-iki saat əvvəl cihazdan istifadə etmək məsləhət deyil, çünki smartfonlar sinir sistemini oyaq vəziyyətə gətirir. “Cihazları özünüzlə yatağa aparmaq məsləhət deyil. Bütün kənar məsələlər – televizora baxmaq, oxumaq da yataqdan kənar olmalıdır. Yataq yalnız yatmaq üçün istifadə olunmalıdır”, – deyə somnoloq qeyd edib.

Sfera.az bildirir ki, gecə oyanarkən telefonu götürüb vaxtı yoxlamaq da məsləhət deyil, çünki bu da sinir sistemini həyəcanlandırır və ekrandan əks olunan parlaq işıq melatonini (yuxu-oyanma dövrünü, günün və gecənin dəyişməsi ilə əlaqəli bioloji prosesləri tənzimləyən hormon) məhv edir. Mütəxəssis, eyni zamanda yuxu mərhələlərini təyin edən ağıllı cihazlardan da imtina etməyi tövsiyə edir, çünki onların etibarlılığı hələ sübut olunmayıb. // deyerler.org




24 saat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button