2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Smit: Xədicə təcili azad edilməlidir

BŞ-ın Helsinki komissiyasının sədri, Konqresmen Chris Smith mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə bəyanat açıqlayıb. Konqresmen Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanı yada salır, bu ölkədə öldürülmüş digər jurnalistlərin də qatillərinin hələ də tapılmadığını vurğulayır.

“Ancaq bu gün hamıdan çox Azərbaycan hökuməti tərəfindən təqib olunub həbsə atılmış qorxmaz araşdırıcı jurnalist Xədicə İsmayılovanı yad edirik”, deyən konqresmen jurnalistin hökumətin yüksək eşelonlarında korrupsiyanı üzə çıxardığına görə təhlükəsizlik orqanları tərəfindən qorxudulduğunu, daha sonra saxta ittihamlarla həbs olunduğunu vurğulayır.

“Azərbaycan hökuməti Xədicəni həbsə atmaqla, yol verdiyi pozuntulardan diqqəti yayındıra biləcəyini düşündüsə, yanıldı. Faktiki olaraq, Xədicənin həbsdə qalması onun aşkarlamağa çalışdığı korrupsiyanı daim yada salır. Onun həbsi yanlış addımdır və dərhal azadlığa buraxılmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button