2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“SMS-lə icazə alıb evdən çıxmağa etiraz etmək şüursuzluqdur” – Araz Əlizadə

“Əgər bizdə maska qıtlığı varsa, dövlət orqanları bunun səbəbini araşdırmalıdırlar”.

Bu fikirləri yenicag.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejimi çərçivəsində aprelin 5-dən etibarən, vətəndaşların evdən xüsusi icazə ilə çıxmalarını nəzərdə tutan qərarın qəbul edilməsi haqda danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Araz Əlizadə bildirib ki, koronavirusa qarşı mübarizədə bütün qərarlar diqqətlə ölçülüb-biçilir:

Saytların yığılması Saytlarin yigilmasi

“Fransa, Belçika, İtaliya, Rusiya və başqa ölkələrdə də bu qayda tətbiq edilir. Odur ki, bunda qeyri-adi bir şey axtarmaq lazım deyil. Bu, insanların hara və niyə getdiklərini müəyyənləşdirmək üçündür.

Siz də görmüsüz, biri küçədə əl-qolunu sallaya-sallaya gedir, sual verirlər, deyir, işim var gedirəm. Bundan sonra işin varsa, SMS göndər, icazəsini al. Gedəndə isə maskanı da, əlcəyini də tax. SMS-lə icazə alıb evdən çıxmağa etiraz etmək şüursuzluqdur”.

ASDP sədri apteklərdə maska və digər qoruyucu tibbi vasitələrin tapılmamasına da münasibət bildirib:

“Maska qıtlığı hər yerdə var. Məsələn, ABŞ Rusiyadan, İtaliya da Çindən maska alır. Bunlar normal şeydir. Çünki heç kəs pandemiya gözləmirdi və buna tam hazır deyildi. Əgər bizdə maska qıtlığı varsa, dövlət orqanları bunun səbəbini araşdırmalıdırlar. Artıq Sumqayıtda maska istehsalına başlanılır. Odur ki, bu qıtlıq da aradan götürüləcək”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button