Loading...
Loading...
Texnologiya

Snapdragon 8 Gen 2 flaqman prosessoru barəsində ilk məlumatlar verilib

    Snapdragon 8+ Gen 1 prosessorunun təqdimatından heç 1 ay keçməmiş internetdə artıq Qualcomm-un növbəti güclü prosessoru barəsində məlumat ortaya çıxıb. Gözləntilərə əsasən Snapdragon 8 Gen 2 adını əldə edəcək yeni flaqman prosessor barəsində ilk məlumatları Digital Chat Station ləqəbli məşhur insayder verib. Beləliklə insayderin verdiyi məlumatlara əsasən Qualcomm-un yeni flaqman prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Lakin onun arxitekturasında bəzi dəyişikliklər olacaq. İnsayder bildirib ki, Snapdragon 8 Gen 2-nin daxilinə 4 nüvə klasteri daxil olacaq. Yeni prosessor 8 nüvəli olacaq.

    Belə ki, Snapdragon 8 Gen 2 prosessoru 1 ədəd ARM Cortex-X3 nüvəsi, yüksək performanslı 2 ədəd Cortex-A720 nüvəsi, 2 ədəd Cortex-A710 nüvəsi və enerji effektivliyindən cavabdeh olacaq 3 ədəd Cortex-A510 nüvəsi ilə təchiz olunacaq. Yeni flaqman prosessorda qrafik özəlliklərdən Adreno 740 qrafik çipi cavabdeh olacaq. Gözləntilərə əsasən prosessorun daha qəliz struktura sahib olması öz növbəsində onun müxtəlif ssenarilərdə çalışmasının daha yaxşı optimizasiya olunmasına imkan verəcək. Prosessorun digər hansı özəlliklərə sahib olacağı hələ bilinmir. Gözləntilərə əsasən Snapdragon 8 Gen 2-nin təqdimatı bu iln dördüncü rübündə baş tutacaq. Onu ilk əldə edəcək smartfon isə Xiaomi 13 ola bilər.

24 saat” “Snapdragon 8 Gen 2 flaqman prosessoru barəsində ilk məlumatlar verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button