2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

SOCAR cibimizə necə girir? – SAXTAKARLIĞIN SÜBUTU

Elə gün yoxdur ki, SOCAR və onun rəhbərliyinin ölkə əhalisinin cibinə girməsi barədə konkret faktlara söykənən informasiyalar yayılmasın.

Daha çox sosial şəbəkələrdə yayılan bu tip xəbərlər hər zaman ciddi ictimai qınaqla qarşılansa da, SOCAR rəhbərliyi əhalinin cibinə girmək mərəzinə son qoymur.

08.01.2017-ci il tarixində “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın sədri mirvari Qəhrəmanlı növbəti dəfə SOCAR-ı ifşa edib. Onun facebook profilindən paylaşdığı “Azəriqaz” İB tərəfindən abonentə verilən borc bildirişində SOCAR-ın fırıldağa əla atdığı aşkar görünür. Belə ki, surətini təqdim etdiyimiz 26/12/2017-ci il tarixində verilmiş bildirişdə abonent Məmmədov Elnur Ədalət oğlunun 134.60 AZN borclu olduğu göstərilib.

Saytların yığılması Saytlarin yigilmasi
“Azəriqaz” İB-nin saxtakarlığı əks etdirən qəbzi

Lakin saxtakarlığı edən tərəf elə həmin bildirişdəcə göstərib ki, abonent 4 yanvar 2018-ci ildə, yəni bildirişin verilməsindən 9 gün sonra 50 AZN ödəniş edib. Maraqlıdır, görəsən SOCAR rəhbərliyi 26 dekabr tarixində çap olunan bildirişə son ödəmə tarixinin 4 Yanvar 2018-ci il tarixində olduğunu hansı məntiqlə qeyd edib? Sualın cavabı sadədir – SOCAR sıfırlama prosesi zamanı ölkə vətəndaşına hər kub metr üçün 10 qəpikdən qaz satmağın sərfəli olmadığını düşündüyündən bu kimi saxta yollarla əhalidən ikiqat pul toplamaq niyyətinə düşüb.

AZ24saat.ORG saytı bu kimi problemlərlə üzləşən vətəndaşlardan problemlərinin ictimailəşdirilməsi üçün redaksiyamızın elektron poçtuna ([email protected]) yazmalarını xahiş edir.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button