2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

SOCAR-da yeni dəyişiklik…

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” Prezidentin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanda dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı mayın 8-də fərman imzalayıb.

Bu fərmana əsasən şirkətin strukturunu Prezident ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) təsdiq edir.

Saytların yığılması Saytlarin yigilmasi

Orada qeyd edilir ki, şirkətin ali idarəetmə orqanı onun Ümumi Yığıncağıdır:

“Şirkətin idarəetmə orqanları Müşahidə Şurası (bu ilin əvvəlində yaranıb) və kollegial icra orqanı – İdarə Heyətidir”.

Habelə bildirilir ki, şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir:

“Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 (yeddi) üzvdən ibarətdir. Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir”

Cari rəhbərlik

Şirkətin fəaliyyətinə cari rəhbərliyi isə İdarə Heyəti həyata keçirəcək: Orada qeyd edilir ki, şirkətin İdarə Heyəti Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən ibarətdir.

Həmin üzvlər bunlardan ibarətdir:

“Şirkətin prezidentindən, şirkətin birinci vitse-prezidentindən, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və vitse-prezidentdən ibarətdir.”

Prezident 4 ay əvvəl isə belə bir fərman vermişdi

Prezident İlham Əliyev bu il yanvarın 23-də isə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalamışdı. Həmin fərmana əsasən isə SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılırdı.

Mişahidə Şurasında kimlər var?

Onda Prezidenti İlham Əliyev habelə, SOCAR Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalamışdı.

Sərəncama əsasən Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov – Azərbaycan iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Energetika nazirinin müavini

Azər Bayramov – Maliyyə nazirinin müavini

Rövşən Nəcəf – İqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

Azərbaycan İnvestisiya Holdinqi isə Prezidentin fərmanı ilə ötən il yaradılıb.Onun bəzi dövlət şirkətlərinin idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə yaradıldığı açıqlanıb.

Xatırlatma

SOCAR 1992- ci ildə yaradılıb.O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

24 saat” “SOCAR-da yeni dəyişiklik…” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button