Xəbərlər

SOCAR-ın idarə rəisi vəzifəsindən azad edildi

İbrahim Əhmədov: “Vaqif Əliyev öz ərizəsi əsasında işdən çıxarılıb”

Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyevin vəzifəsindən azad edildiyi bildirilir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı “Report”a təsdiqləyib.

İbrahim Əhmədov bildirib ki, Vaqif Əliyev öz ərizəsi əsasında işdən çıxarılıb: “Bundan başqa, o, şirkətin Türkiyədəki törəməsinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilməsi ilə bağlı da ərizə ilə müraciət edib. Vaqif Əliyevin yerinə hələ ki təyinat olmayıb”.

Vaqif Əliyevin adı baldızı oğlu Nicat Qarayevin məhkəməsində hallanıb.

Nicat Qarayev Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunur.

Nicat Qarayev 2017-ci ilin iyunundan ötən ilin yayınadək «AZFEN» Birgə Müəssisəsinin «Azf-099» layihəsində texniki ofis mühəndisi çalışıb.

İttihamda yazılıb ki, o, adamlara əcnəbi şirkətin – «Scanex Enterprises Limited»in Azərbaycandakı nümayəndəliyi vasitəsilə «AZFEN» üçün işlər gördüyünü deyib.

İyulun 19-da dövlət başçısı İlham Əliyev Dövlət Neft Şirkətinin 4 vitse-prezidentini vəzifəsindən azad edib.


24 saat” “SOCAR-ın idarə rəisi vəzifəsindən azad edildi” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button