2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

SOCAR-ın məktəbində çalxalanma: şagirdlər və əcnəbi müəllimlər qaçdı – Özəl

Bakı İstedadlar Təhsil Kompleksi hər il şagird qəbulu elan edir. 24saat.org-a verilən məlumata görə, bu ildən etibarən məktəbə qəbulla bağlı təhsil haqları artırılıb. Eyni zamanda hazırda təhsil alan şagirdlərin də təhsil ödənişlərində artım qeydə alınıb.

Hər ay 600 manat ödəniş edən valideynlərdən bu ildən 800 manat istənilib. Eyni zamanda şagirdləri evdən məktəbə aparıb gətirən avtobusun da məbləğində dəyişiklik olunub.

Hər ay 150 manat verən valideynlərdən 200 manat istənilib. Kompleksin verdiyi digər qərar isə şagirdlərin qidalanması ilə əlaqədar olub. Bu ilə qədər aylıq ödənilən təhsil haqqının tərkibində uşaqların qidalanması və digər xərcləri də nəzərdə tutulurdu.

Saytların yığılması Saytlarin yigilmasi

Amma artan təhsil haqqından əlavə şagirdlər ya yemək pulu verməli ya da evdən gətirməlidir. Bakı İstedadlar Təhsil Kompleksi rəhbərliyinin cari tədris ilindən verdiyi qərarlar narazılıqla qarşılanıb.

Valideynlər artımın əsassız və yüksək olduğunu söyləyiblər. Onların əksəriyyəti övladlarının bu təhsil ocağında oxumasından imtina ediblər.

24saat.org-un xəbrinə görə, məktəbdə çalışan müəllim heyətini əsasən əcnəbilər təşkil edir. Amma təhsil haqlarının artırılmasına baxmayaraq onların maaşları azalıb.

Xarici müəllimlər işləməkdən imtina edərək öz ölkələrinə qayıdıblar və Bakı İstedadlar Məktəbi yerli müəllimləri işə cəlb etməyə başlayıb.

Məlumat üçün deyək ki, Bakı İstedadlar Təhsil Kompleksi SOCAR-ın nəzdində fəaliyyət göstərir.

Məktəb rəhbərliyi hələ mart ayında bəyan edib ki, təhsil haqqının qalxmasına səbəb hazırda məktəbin xərclərinin 70%-nin xarici valyuta ilə aparılmasıdır. Bibiheybət qəsəbəsində yerləşən Bakı İstedadlar bağça – məktəb kompleksi Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə 2012-ci ildə tikilib.

ARDNŞ-dan verilən məlumata görə, təhsil ocağını SOCAR təsis etsə də, şirkət BİTK-də şagirdlərin təhsil haqqının müəyyən edilməsində iştirak etmir. 2014-cü ildən etibarən isə Bakı İstedadlar Təhsil Kompleksinə yuxarı sinif şagirdlərinin də qəbulu başlayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button