Now Reading:
SOCAR işçilərinin maaşları 10% artırılıb

SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azneft” İB məlumat yayıb.

“Bu bayram 51 minə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərimizə 100 manat məbləğində mükafat təyin olunub”, – deyə məlumatda qeyd olunur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.